09 Iyul 2021 00:48
739
İDMAN
A- A+

“Bir oyunumuz qalıb və onu səbirsizliklə gözləyirik”

 

İngiltərə millisinin futbolçusu Harri Keyn “Avro-2020”nin yarımfinalında Danimarkaya 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

O, komandasının buraxılan ilk qola yaxşı reaksiya verdiyini bildirib: “İnanılmaz oyun idi. Bunun üçün Danimarkaya yalnız təşəkkür edə bilərəm. Hücum etməyə çalışdıq və matçın ən vacib məqamında hədəfimizə çatdıq. İngiltərə buraxılan qola yaxşı reaksiya göstərdi. Finalı öz stadionumuzda oynayacağıq. Bu, heyrətamiz hissdir”.

27 yaşlı hücumçu yerinə yetirdiyi penalti haqda da danışıb: “Penaltini vuranda topu hara yönləndirəcəyimi əvvəlcədən bilirdim. Deyə bilərəm ki, bu mənim həyatımda ən yaxşı zərbə deyildi, amma bəzən insan yanılır. Təəssüf ki, məhz belə oldu”.

Keyn finalda qarşılaşacaqları İtaliya ilə matç barədə isə bunları deyib: “İtaliya ilə qarşılaşma çətin olacaq, amma bu günə qədər turnirdə çox yaxşıyıq. Bir oyunumuz qalıb və onu səbirsizliklə gözləyirik”.

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video