08:06 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

BİLDİRİŞ

ANA SƏHİFƏ / ELANLAR
00:42 29.07.2021

 

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən Talassemiya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası ilə əlaqədar dərman vasitələrinin və tibbi sərfiyyat mallarının satın alınması üzrə keçirilmiş açıq tender prosedurunun qalibləri 3 iddiaçı “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti və “Paşa - K” firması müəyyən edilmişdir.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22.07.2021-ci il tarixdə 1,615,243.00 (bir milyon altı yüz on beş min iki yüz qırx üç manat 00 qəpik) manat, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti arasında 4,939,055.20 (dörd milyon doqquz yüz otuz doqquz min əlli beş manat 20 qəpik) manat və “Paşa - K” firması arasında isə 799,721.40 (yeddi yüz doxsan doqquz min yeddi yüz iyirmi bir manat 40 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM