22:33 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bəzi xəstəliklər zamanı isti vanna qəbul etmək yolverilməzdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
15:18 19.10.2018


Soyuqdəyməyə qarşı mübarizə formalarından biri kimi ayaqların isti vannaya qoyulmasından istifadə edilir. Bu, nə dərəcədə doğrudur?
Paytaxtdakı 19 nömrəli poliklinikanın həkim-terapevti Gülnarə Məmmədova bu barədə AZƏRTAC-a deyib: "Varikoz genişlənmə, tromboflebit olduqda ayaqların isti vannaya qoyulması xəstəliyin inkişaf etməsi ilə yanaşı, yeni problemlərin yaranmasına da səbəb ola bilər. Böyrək xəstəlikləri zamanı da ayaqları isti suya qoymaq məsləhət görülmür. Bundan əlavə, şəkərli diabet səbəbindən ayaqlarda meydana çıxan yaralar varsa, isti vanna qəbulu yolverilməzdir”.
Həkim-terapevt, sadəcə, soyuqdəyməyə qarşı isti vanna qəbulu zamanı xardal yağından istifadə etməyin faydalı olduğunu bildirib. Lakin həmin prosedur zamanı suyun temperaturu təxminən 37-38 dərəcə olmalıdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM