30 Avqust 2021 12:08
820
Mədəniyyət
A- A+

Beynəlxalq Yazıçılar Gildiyası tanınmış yazıçı Varis Yolçiyevlə yaradıcılıq görüşü keçirib

 

Beynəlxalq Yazıçılar Gildiyası azərbaycanlı yazıçı Varis Yolçiyevlə onlayn yaradıcılıq görüşü keçirib.

AZƏRTAC xəbər verir ki, Lada Baumgartenin rəhbərliyi ilə reallaşan görüşə müxtəlif ölkələrin yazıçıları da qatılıb.

İki saata yaxın davam edən görüşdə Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında qızıl medala layiq görülən, London ədəbi mükafatının qısa siyahısına düşən “Metamorfoz”, Nyu-Yorkda Dünya Yazıçıları Konqresində pitçinqi keçirilən “77-ci gün”, Türkiyədə ən populyar kitablar siyahısında yer alan “Son məktub”, Özbəkistanda ən çox satılan kitablar sırasında 2-ci yerə yüksələn “Sənə inanıram”, Rusiyada Moskva Ədəbiyyat Mükafatı qazanan “Yanvarın 13 günü” romanları söhbət mövzusu olub.

Varis Yolçiyev əcnəbi yazarlara Qarabağın tarixindən, İrəvan xanlığından danışıb, onları xəbərsiz olduqları mətləblər barədə məlumatlandırıb. Sonra yazıçı yaradıcılıq planlarını açıqlayıb, oxucuların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, Beynəlxalq Yazıçılar Gildiyası Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən elitar ədəbi qurumdur, sıralarında Avropa, Amerika, Asiya və Avstraliya yazıçılarını birləşdirir. Hər bazar günü zoom platforması üzərində bir yazıçıyla görüş təşkil edən qurum sentyabr ayında növbəti tədbirlərini yazıçılar B. Quberman (İsrail) və T. Kayzer (Almaniya) ilə keçirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video