22 Aprel 2021 19:00
942
Mədəniyyət
A- A+

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub  

Aprelin 22-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyə Respublikasının Milli Bayramı - 23 aprel Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsi fond ilə təşkilatın bütün üzv və müşahidəçi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, gücləndirilməsi və gənc nəslin türk dünyasının mədəni dəyərləri ilə tanış etdirilməsi məqsədi daşıyır.

Görüşü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva giriş sözü ilə açıb. O, əvvəlcə bütün uşaqları təbrik edib, sonra bir-bir onlarla tanış olub və bu əlamətdar gündə onları sevincli görməkdən məmnun olduğunu bildirib. “Mənə çox xoşdur ki, bugünkü tədbirimizdə böyük türk dünyasının gələcək təmsilçiləri iştirak edir. Burada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Litva, Azərbaycan və əlbəttə ki, Türkiyədən gələn uşaqlar qardaş dövlətlər arasında bir körpü yaradır. Onlar bizim ümidimiz, sevincimiz və sabahımızdır. Türk dünyası dərin tarixə, mədəni irsə malik bir dünyadır, uşaqlar da bu zənginliyi qorumalıdırlar. Onlar gələcəkdə hansı sahəni seçirlər seçsinlər gözəl mütəxəssis olmalıdırlar ki, böyüklər onlara baxıb fəxr etsinlər. Biz isə onlara elə bir dünya bəxş etməliyik ki, onlar orada xoşbəxt yaşaya bilsinlər. Çox şadam ki, uşaqlar böyüdükcə qardaş ölkələrin mədəni irsini də dərindən öyrənəcəklər. Bizim fondun da missiyası elə bundan ibarətdir”.

Sonra fonda üzv və müşahidəçi dövlətləri təmsil edən uşaqlar ana dilində mahnılar oxuyub, milli geyimlərdə rəqs edib, milli alətlərdə musiqilər çalıb, şeir oxuyublar.

Sonda Günay Əfəndiyeva uşaqlara hədiyyələr verib və onlarla xatirə şəkli çəkdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video