07:49 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında əlaqələr möhkəmlənir
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
14:13 15.04.2021

 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva ilə Litva Respublikasının Azərbaycandakı səfiri Eqidius Navikas arasında görüş keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, görüş zamanı G.Əfəndiyeva türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçirilən layihələrdən, müasir zamanda pandemiya şəraitinə uyğun təşkil edilmiş konfrans və seminarlardan bəhs edib. Həmçinin Günay Əfəndiyeva cari ilin fevral ayında Fond ilə Litvanın Azərbaycandakı səfirliyi arasında imzalanan Memorandumdan söz açıb. O, Litvanın türk etnik kökənli azsaylı xalqlarının - tatarların və karaimlərin tarixinin, mədəniyyətinin qorunması və türk dünyasının zəngin irsinin daha da geniş şəkildə tanıdılması məqsədi daşıyan Memorandumun vacibliyini vurğulayıb.

Görüşdə səfiri Eqidius Navikas Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat tərəfindən görülən işlərə, keçirilən layihələrə dəstək verəcəyini bildirib. Fond ilə Litva arasında Memorandumun imzalanmasından məmnunluq duyduğunu vurğulayan səfir təmsil etdiyi ölkə və təşkilata üzv və müşahidəçi olan dövlətlər arasında qarşılıqlı mədəni əlaqələrin olduğunu qeyd edib. Eqidius Navikas, eyni zamanda, Litvada yaşayan azsaylı türkdilli xalqların tarixi, mədəni irsinin mühafizəsinə, araşdırılmasına xüsusi diqqətlə yanaşıldığını bildirib.

Səfir, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.

Görüşdə tərəflər arasında münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM