Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair müzakirələr aparılıb
Sentyabrın 23-24-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” (BTNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir.
Qeyd olunub ki, tranzit daşımalarında şəffaflığın və nəqliyyat prosesinin iştirakçıları arasında bərabər şərtlərin təmin edilməsi üçün ən vacib alət Orta Dəhlizin rəqəmsallaşdırılmasıdır.
Bildirilib ki, tariflərin optimallaşdırılması, daşıyıcıların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, sayının və müddətinin azaldılması ilə məşğul olan kollegial icra orqanı – Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlığı Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək.
“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri Nurlan Sauranbayevin sədrliyi ilə keçən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi Rahmetulla Kudaybergenov, Türkiyə Dövlət Dəmir Yollarının baş direktoru Hasan Pezük, “Aktau Beynəlxalq Dəniz Ticarət limanı” SC-nin sədri Abay Turikpembayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və “Port Kurık” SC-nin sədri Serik Axmetov iştirak ediblər.
Pandemiya şəraitində mövcud vəziyyəti səciyyələndirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində artıma nail olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açılıb. Azərbaycan regionda bir sıra vacib beynəlxalq layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarıdır. Ölkəmiz beynəlxalq daşımalara, multimodal infrastrukturun genişləndirilməsinə əhəmiyyətli təsir göstərən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində aktiv rol oynayır. Cavid Qurbanov görüşün əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində faydalı olacağına, təklif və tövsiyələrin dəmir yolu sahəsində tətbiqinin iştirakçı ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
İki gün davam edən toplantıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin tərkibinin və 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinə dair audit hesabatının təsdiqi; BTNM BA HŞB-nin Nizamnaməsinə dəyişikliklərin və əlavələrin edilməsi; Assosiasiyanın intellektual mülkiyyət hüququnun (loqotipi və adının) Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatının Beynəlxalq bürosunda müdafiəsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda birgə müəssisənin yaradılması; Orta Dəhlizin (Middle Corridor) 2025-ci ilə qədər inkişaf strategiyasının işlənib hazırlanması və Avropa İttifaqında mövcudluğunun genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinin potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.
Müzakirələrdən sonra “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin Mərkəzi Asiya regionundakı nümayəndəliyi rəhbərinin müavini Haydar Abdikerimov “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov BTNM-in inkişafı üzrə İşçi Qrupunun rəhbəri təyin olunub.
Eyni zamanda, “Pasifik Eurasiya Lojistik Diş Ticarət A. Ş.” (Türkiyə) şirkəti quruma assosiativ üzv qismində qəbul olunub.
Yığıncağın sonunda müvafiq protokol imzalanıb.
Qeyd edək ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomad ekspress” sınaq konteyner qatarı 2015-ci il avqustun 3-də yola salınıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir
29 Mart
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
29 Mart
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb
29 Mart
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
29 Mart
“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQL...
29 Mart
"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub...
29 Mart
Almaniyada kimlər daha çox pensiya alır?
29 Mart
Havada toz müşahidə olunur
29 Mart
Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB...
29 Mart
İsveçrənin hidrogen qatarı rekord vurub
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!