09 May 2021 01:46
922
CƏMİYYƏT
A- A+

Beynəlxalq konfrans keçirilmişdir

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində Gəncə Dövlət Universitetinin (GDU) təşkilatçılığı ilə keçirilən  beynəlxalq konfransda Rusiyadan, Özbəkistandan, Dağıstandan, Makedoniyadan, Türkiyədən, Gürcüstandan və digər ölkələrdən alimlər iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov bildirmişdir ki, bu gün Azərbaycan elmi sürətli inkişaf yolundadır və bu uğurların əldə olunması Ulu Öndərin adı ilə bağlıdır: “Sevindirici haldır ki, bu dahi şəxsiyyətdən sonra da Azərbaycanda elm və təhsil yüksək səviyyədə inkişaf edir. Prezident İlham Əliyev Ulu Öndərin elmin inkişafı üçün başladığı işləri uğurla davam etdirir. Bu sahədə çoxlu fərman və sərəncam imzalayan ölkə başçısı daim elmin inkişafını önə çəkir, gənc alimlərin yetişməsi üçün diqqət və qayğı göstərir”.

“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilən beynəlxalq konfransda biologiya, kimya, fizika və iqtisadiyyat bölmələri üzrə məruzələr dinlənilmişdir. Konfransın birinci günü Azərbaycan Milli Elmlər Akademiysının akademiki Vaqif Abbasov, Türkiyənin Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlu, AMEA-nın müxbir üzvü Vaqif Novruzov və AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video