06 Iyun 2021 00:50
1208
Səhiyyə
A- A+

Bəşəri yaşam enerjisi

 

XX əsrin əvvəllərində Yaponiyada enerji yüklənməsi əsasında ruhi şəfa verməyə qadir olduğuna inanılan Reiki adlı sistem yaranıb. Reiki hər yerdə var olan “ruhi yaşam enerjisi” anlamına gəlir. Qərb dünyasına “bəşəri yaşam enerjisi” olaraq tərcümə edilən Reiki asanlıqla tətbiq edilə bilən, zərərsiz tibbi üsul olaraq qəbul edilib.

Qaynağının Tibet olduğu düşünülən Reiki yapon buddisti, yapon ali silkinin nümayəndəsi, samuray Mikao Usui tərəfindən yaradılıb. Onun ölümündən sonra qoyulan abidədə yazılanlara görə, Reikinin təməlini təşkil edən enerjinin qaynağı onun Kurama dağında 21 günlük zikrə çəkildiyi zaman meydana gəlmişdir. Mikao Usui 1922-ci ildə bu enerji ilə işləyən şəfa texnikasını tətbiq etmək üçün Tokioda bir klinika açmışdır.

Usuidən sonra onun ən qabaqcıl tələbələrindən olan fizik, professor Çjuro Hayaşi bu sistemi Havaya aparmış və bir tələbəsinə bu sistemin müəllimliyi hüququnu vermişdir. Həmin tələbənin hesabına Reiki daha sonra Avropaya gəlib və  1970-ci illərdə daha 20 nəfər Reiki ustası, müəllimi yetişdirmişdir. Avropada “Reiki”nin daha geniş yayılması və tətbiqi məhz həmin 20 tələbənin adı ilə bağlıdır.

Reiki fiziki, ruhi və zehni narahatçılıqların müalicəsi zamanı tətbiq olunur. İnanca görə, Reiki bədəndə meydana gələn enerji mübadiləsi problemlərini və neqativ enerji bloklarını yox etmək, yetərsiz və ya əskik olan enerjini tənzimləmək üçün şüur dəyişkənliyi yolu ilə insanda ruhi-fiziki problemlərin həllinə  yol açır.

Reiki enerjinin əllə ötürülməsi üsulu ilə həyata keçirilir. Enerjinin ötürülməsi zamanı əllərin soyuması, isinməsi və ya qıcıqlanması kimi hallar müşahidə edilə bilər. Bu sistemin özəlliklərindən biri də budur ki, onun müalicəvi təsirindən yararlanmaq üçün ona inanmaq şərt deyildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video