08 Fevral 2012 01:02
1102
Milli Məclis
A- A+

Bələdiyyələrlə İş Mərkəzi Milli Məclisdə hesabat verəcək

 

Dünən Milli Məclisin Regional məsələlər komitəsində Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirəyə çıxarıldı. İclası açan Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı məlumat verdi. Bildirdi ki, ötən il bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunmasına və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilib. 2011-ci ildə bələdiyyə üzvləri və qulluqçuları üçün xeyli sayda ixtisasartırma kursları təşkil olunub, ümumən 4500-dən çox bələdiyyə üzvü maarifləndirici tədbirlərdə iştirak edib. Yerli özünüidarə orqanları tərəfindən yol verilən qanunsuzluqların qarşısının alınması və korrupsiya hüquqpozmalarının aşkar edilməsi üzrə ardıcıl tədbirlər görülüb, bu sahədə prokurorluq orqanları ilə qarşılıqlı əlaqələr qurulub. Mehdi Səlimzadə onu da vurğuladı ki, bələdiyyələrə hüquqi və metodiki kömək göstərilməsi, onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, qanunsuzluqların qarşısının alınması və yerlərdə demokratik idarəetmənin təşkil olunması ilə bağlı işlər bundan sonra da davam etdiriləcəkdir.

Sonra məruzə ətrafında müzakirələr başlanıldı. Müzakirələrdə deputatlar Fəzail İbrahimli, Qalib Salahzadə, Rüstəm Xəlilov, Tahir Rzayev bələdiyyələrin maliyyə mənbələrinin və büdcəsinin yaxşılaşdırılması və digər məsələlər barədə çıxış edərək hesabatla əlaqədar rəy və təkliflərini bildirdilər.

Regional məsələlər komitəsinin sədr müavini, deputat Fəttah Heydərov bildirdi ki, ənənəvi olaraq Milli Məclisdə adıçəkilən qurumun hesabatı dinlənilir və məruzədən aydın olur ki, son illər yerli özünüidarəetmə sahəsində sürətli inkişaf gedir. F.Heydərovun sözlərinə görə, bələdiyyələr vətəndaşların problemlərini həll etməli, icra hakimiyyəti ilə birgə çalışmalıdırlar.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə hesabat dövründə xeyli iş görüldüyünü dedi. Onun sözlərinə görə, yerli özünüidarə orqanlarının üzərinə düşən bütün vəzifələri yerinə yetirmələri üçün maliyyə vəsaiti kifayət etmir. Ona görə də bununla bağlı müzakirələr aparılmalı və onun həlli istiqamətində işlər görülməlidir.

İclasın sonunda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatının Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə edildi.     

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video