30 May 2014 02:05
413
MSK
A- A+

«Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat»a dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 1/7

 

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsi və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələrək Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan "Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat"ının struktur elementlərinə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 30-cu maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməli və ona aid  1, 2 və 3 saylı əlavələr yeni redaksiyada təsdiq edilməlidir.

Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   qərara alır:

1.  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2006-cı il 7 iyun tarixli 28/107 saylı Qərarı ilə təsdiq edilmiş  "Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat"a  aşağıdakı dəyişikliklər edilsin:

1.1. Preambuladan sonra aşağıdakı məzmunda 1-ci hissə əlavə edilsin:

"1. Ümumi müddəalar

1.1. Bələdiyyə üzvlüyünə namizədlər seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.

1.2.  Siyasi partiyalar və siyasi partiyaların blokları passiv seçki hüququna malik olan və Seçki Məcəlləsinin 212-ci maddəsinin tələblərinə cavab verən vətəndaşları onların razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə üzvlüyünə namizəd irəli sürə bilərlər."

1.2. I hissəyə "2. Namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları" adlı başlıq əlavə edilsin, "I" rəqəmi "2.1" rəqəmi ilə əvəz edilsin,  II, III, IV hissələr 3-cü, 4-cü və 5-ci hissələr hesab edilərək,  Təlimatın strukturuna daxil olan hissə və bəndlər müvafiq olaraq nömrələnsin;

 1.3. Yeni nömrələnmədən sonra 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Bələdiyyə üzvlüyünə namizədin öhdəlik ərizəsi (Təlimata 2 saylı əlavə) (ərizədə bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), məhkumluğuna,  vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair  məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir)";

1.4. 3.7-ci, 3.8-ci, 4.1-ci, 4.2-ci, 5.3-cü, 5.4-cü və 5.5-ci bəndlərin sonunda mötərizələrin içərisindəki "Qeyddə" sözündən əvvələ "Bu Təlimatın" sözləri və müvafiq olaraq  3.7-ci bənddə "4", 3.8-ci bənddə "5", 4.1-ci bənddə "5 və 5 "a", 4.2-ci bənddə "6, 6 "a", 5.3-cü bənddə  "7, 7 "a", 7 "b", 7 "c", 5.4-cü bənddə "5, 5 "a", 5.5-ci bənddə "6, 6 "a" rəqəm və hərfləri əlavə edilsin və 4.3-cü bənddən "()" işarəsi çıxarılsın;

1.5.  5.6-cı bənddə "şəxsin" sözündən sonra "soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü)," sözləri əlavə edilsin;

1.6.  Bu Təlimatın 1, 2 və 3 saylı əlavələri yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2.  Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

29.05.2014

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video