30 May 2014 02:05
370
MSK
A- A+

«Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları»na dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 1/8

 

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsi və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələrək Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları"nın struktur elementlərinə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 30-cu maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməli və ona aid  1 saylı əlavə yeni redaksiyada təsdiq edilməlidir.

Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   qərara alır:

1.  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2004-cü il 25 avqust tarixli 15/90 saylı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları"na  aşağıdakı dəyişikliklər edilsin:

1.1.  Aşağıdakı məzmunda preambula əlavə edilsin:

"Azərbaycan Respublikasının bələdiyyə seçkilərində imza toplamaq məqsədilə namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə imza vərəqələrinin verilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsilə (bundan sonra - Seçki Məcəlləsi) və bu Qaydalarla tənzimlənir.";

1.2. Preambuladan sonra "1. İmza vərəqələrinin verilməsinə dair tələblər" adlı başlıq əlavə edilsin və qaydalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq olaraq nömrələnsin;

1.3.   Bu qaydaların 1 saylı əlavəsi yenidən təsdiq edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

29.05.2014

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video