09:46 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Belçikalı alımlərin gəldiyi nəticə: varlı insanlar kasıblardan 9 il çox yaşayır
ANA SƏHİFƏ / DÜNYA
15:17 24.12.2018

Luvenski Katolik Universitetinin alımləri "belçikalıların ölümə qarşı bərabərliyinə” dair məsələni tədqiq ediblər

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın nəticələri imkanlı siniflərin və kasıb əhalinin səhhəti arasında təzadların "varlı və sağlam olmaq daha yaxşıdır” deyiminin doğruluğunu təsdiqləyir. Belə ki, ömrün gözlənilən uzunluğu varlılara nisbətən kasıb qadınlarda 6,6 il, kişilərdə isə 9,1 il qısadır.

1991-2016-cı illər ərzində əhalinin milli registrinə daxil edilən fərdi məlumatları, həmçinin 1991, 2001 və 2011-ci illərdə keçirilən siyahıyaalmanın nəticələrini və ölüm haqqında şəhadətnamələri araşdıran alimlər sosial siniflər arasında böyük fərqlərin mövcud olduğunu müəyyən ediblər. Tədqiqatların nəticələrinə əsasən, daha yaxşı sosial-iqtisadi vəziyyətdə olan, daha yüksək təhsil səviyyəsinə malik və daha keyfiyyətli mənzillə təmin olunan insanlar sosial təminatın digər tərəfində olanlara nisbətən xeyli çox yaşayır.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM