02 Dekabr 2011 12:12
537
Mədəniyyət
A- A+

Belarusun paytaxtı Minskdə «Zərifə Əliyeva» kitabının təqdimat mərasimi keçiriləcəkdir

 

Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hadi Rəcəbli və deputat Hüseynbala Mirələmov "Zərifə Əliyeva" kitabının təqdimat mərasimində iştirak etmək üçün dekabrın 1-dən 4-dək Belarusun paytaxtı Minsk şəhərində səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş bu kitabın müəllifi Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovdur. İctimaiyyət arasında böyük maraqla qarşılanan "Zərifə Əliyeva" kitabı belarus dilinə tərcümə edilərək nəşr olunmuşdur. Azərbaycanın Minskdəki səfirliyi ilə Belarus Milli Kitabxanasının birgə təşkil etdikləri təqdimat mərasiminə bu ölkənin dövlət rəsmiləri, deputatlar, diplomatik korpusun, diasporun, medianın və yerli ictimaiyyətin nümayəndələri dəvət olunmuşlar.

Tədbirdə Azərbaycan parlamentinin deputatları çıxış edəcək, akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşəcəklər. 

Səfər çərçivəsində Belarus-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüş də nəzərdə tutulmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video