07:35 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Belarus işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə qoşulmağa hazırdır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:51 18.04.2021

 

Bu, İlham Əliyevin nüfuzu, Azərbaycanın isə etibarlı tərəfdaş ölkə olmasının hesabınadır

 

Azərbaycanla Belarus arasında siyasi müstəvidə yaranan qırılmaz dostluq telləri iqtisadi əlaqələrin bütün istiqamətlərdə dolğun və hərtərəfli inkişafına təkan verir.

Hər iki dövlət başçısının qarşılıqlı  səfərləri tərəflər arasında yüksək səviyyədə etimadın olduğunu və ölkələrimizin konkret nəticələrə hədəfləndiyini göstərir. Azərbaycan və Belarus iştirak etdikləri bütün beynəlxalq strukturlarda bir-birinə dəstək verir və bu dəstəyin səbəbini obyektiv arqumentlərlə əsaslandırırlar.

Bu baxımdan cari il aprelin 14-də iki dövlət başçısının iştirakı ilə qarşılıqlı iqtisadi münasibətlərin inkişafına xidmət edən Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi də xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq, ölkəmizin Dövlət Turizm Agentliyi ilə Belarusun Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlıq və Azərbaycan Energetika Nazirliyi ilə Belarusun Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair anlaşma memorandumları imzalanmışdır.

Amma iki ölkənin iqtisadi əlaqələrinin perspektivləri yalnız bu üç sənədlə məhdudlaşmır. Belə ki, dövlət başçıları ikitərəfli görüşlərində və bəyanatlarında qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə edəcəyini vurğulamış və  adıçəkilən müqavilələrdə razılaşdırılan əməkdaşlıq sahələrinə daxil olmayan istiqamətləri  də müzakirə etmişlər.  

Prezident İlham Əliyev bəyanatında Azərbaycan-Belarus münasibətlərinin tarixin sınağından uğurla çıxdığını, qarşılıqlı əlaqələrin bütün dövrlərində onların inkişafı və dərinləşməsi ilə bağlı məsələlərin diplomatiya müstəvisində həll edildiyini bildirmişdir: “Bizim aramızda heç vaxt həll edilməmiş və ya hansısa operativ müdaxilə tələb edən məsələlər olmayıb. Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik, icraçılara konkret tapşırıqlar vermişik və qarşıya qoyulmuş məsələlərin reallaşdırılmasına nəzarət etmişik”.

Dövlətimizin başçısı həmçinin bu görüşün münasibətlərimizin daha da möhkəmlənməsi məsələlərinə həsr olunduğunu, əmtəə dövriyyəsinin şaxələndirilməsi və artırılması çərçivəsində gələcək əməkdaşlığın konkret istiqamətlərinin müəyyən edildiyini bildirmişdir: “...məhz energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik, yəni Belarusun neftayırma zavodlarına təkcə xam neft çatdırmaqla kifayətlənməyəcəyik”.

Azərbaycan Prezidenti  Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - şəhərsalma,  infrastrukturun yaradılması və kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələlərin geniş müzakirə edildiyini bildirmiş, bu ölkənin aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini qeyd etmişdir.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin bərpasına yalnız dost ölkələrin şirkətlərinin cəlb ediləcəyini bir daha xatırlatmış, Belarusun bu sırada üç ölkədən sonra dördüncü olacağını bildirmişdir.

Azərbaycanla Belarus arasında ikitərəfli iqtisadi ələqələrin inkişafının böyük bir seqmentini sənaye kooperasiyası təşkil edir. Ölkəmizdə Belarus traktorlarının yığılması ilə başlanan belə layihələr sonra başqa istehsal sahələrinə keçərək  avtomobillər, yük maşınları, kombaynlar, avtobuslar və “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində elektrobusların istehsalını da əhatə edəcək. Prezident İlham Əliyev: “Alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik. Bir sözlə, görüləsi işlər çoxdur. Mən bu gün də, dünən də qonaqlara dedim ki, erməni işğalından azad edilmiş ərazilərin sahəsi Lüksemburqdan dörd dəfə böyükdür. İşin həcmini təsəvvür edə bilərsiniz”.

Belarus Prezidenti də Bakıda etiraf etmişdir ki, zəngin resurslara malik olan Azərbaycan qapılarını müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq üçün onların üzünə geniş açmışdır. Ardınca ölkəsinin Azərbaycanla  birgə, çiyin-çiyinə və məsuliyyətlə fəaliyyət göstərməyə hazır olduğunu bildirmişdir: “Əlbəttə, ticari-iqtisadi sahədə əməkdaşlıq, kooperasiyanın daha yüksək mərhələsinə keçid, müştərək müəssisələr, texnologiyanın verilməsi və burada Azərbaycana lazım olan, lakin ənənəvi sovet dövründə və indi də malik olmadıqları istehsalatlar yaradılması barədə danışdıq. Buyurun, biz burada, xüsusən işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərdə birgə müəssisələr yaratmağa hazırıq”.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM