22 May 2013 12:05
334
Təhsil
A- A+

BDU-nun aliminin Nyu York şəhərində ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş elmi konfransda «Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir» mövzusunda məruzəsi maraqla qarşılanmışdır

 

ABŞ-ın Nyu York şəhərindəki Türk Mədəni Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.

Bakı Dövlət Universitetindən (BDU) AzərTAc-a bildirmişlər ki, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru, tarix elmləri doktoru Xəqani Məmmədov da konfransın iştirakçıları arasında olmuşdur.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, bir sıra türkdilli ölkələrin BMT yanında daimi nümayəndəliyinin təmsilçiləri, Nyu York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının üzvləri iştirak etmişlər. 

Konfransda Azərbaycan Respublikasının BMT yanında daimi   nümayəndəsi Aqşin Mehdiyev ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmlənməsində, daxili və xarici siyasət strategiyasının müəyyənləşdirilməsində misilsiz tarixi xidmətlərindən danışmışdır.

Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Professor Xəqani Məmmədov "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir" mövzusunda məruzə etmişdir.

Məruzəçi bildirmişdir ki, ümummilli lider Heydər Əliyev istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən öz böyük xilaskarlıq missiyasını yerinə yetirmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan müdrik şəxsiyyət Heydər Əliyev qısa müddətdə Azərbaycanı düçar olduğu bəlalardan xilas etmiş, onu davamlı inkişaf yoluna çıxarmışdır. 

Dahi rəhbər Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini vurğulayan  professor ölkəmizdə qazanılan bütün nailiyyətlərin ulu öndərin siyasətinin bəhrəsi olduğunu bildirmişdir. Vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev ideyaları əbədi yaşayacaqdır. Nyu Yorkda fəaliyyət göstərən bu şəhərdə yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən diaspor təşkilatı olan "Azərbaycan  Nyu York Assosiasiyası"nın (ANA) mənzil qərargahında professor X.Məmmədovun BDU-nun dosenti Nuru Məmmədovun həmmüəllifliyi ilə nəşr olunmuş "Erməni iddiaları və azərbaycanlıların soyqırımı" kitabının təqdimatı keçirilmişdir.

Tədbirdə ANA-nın prezidenti Əli Nəsibov və digər çıxış edənlər ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları və apardıqları soyqırımı siyasətini ifşa edən bu kitabın əhəmiyyətini diqqətə çatdırmışlar.

Professor X.Məmmədov son iki əsrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri dəhşətli soyqırımı siyasəti barədə ətraflı məlumat vermiş, bu kitabı, özünün müəllifi olduğu digər nəşrləri "Azərbaycan Nyu York Assosiasiyası"na hədiyyə etmişdir.

Ə.Nəsibov professor X.Məmmədova "Azərbaycan Nyu York Assosiasiyası"nın  diplom və medalını təqdim etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video