23:21 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

BDU ilə Türkiyənin Hitit Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır
ANA SƏHİFƏ / TƏHSIL
01:06 23.06.2012

 

İyunun 22-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Hitit Universitetinin rektoru, professor Reha Metin Alkan ilə görüşmüşdür.

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə akademik A.Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə əlaqələrindən bəhs etmiş, bu istiqamətdə Türkiyənin Hitit Universiteti ilə əlaqələrin yaranmasında maraqlı olduqlarını söyləmişdir.

Rəhbərlik etdiyi Hitit Universiteti barədə məlumat verən professor R.Alkan BDU ilə əməkdaşlığa əhəmiyyət verdiyini bildirmişdir.

Sonra iki universitet arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanmışdır.

Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə seminar, konfransların təşkili, layihələr üzrə elmi araşdırmaların aparılması və digər məsələlər nəzərdə tutulur.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM