14 Noyabr 2012 12:11
502
Oxucu məktubları
A- A+

Bayram bayrama qovuşdu

 

Çalxanqala əvvəllər Babək rayonunun inzibati ərazisinə daxil idi. 2004-cü ildə Kəngərli rayonunun inzibati ərazisinə daxil edildi. Bundan sonra rayon mərkəzinə gediş-gəliş də asanlaşdı, camaatın qayğıları qismən azaldı.

Budəfəki Qurban bayramı günlərində kəndimizdə böyük bir bayram əhval-ruhiyyəsi yaşandı. Təmir edilib genişləndirilən kənd yolu istifadəyə verildi. İndi kəndimizdən həm Naxçıvan-Sədərək magistralına, həm də rayon mərkəzinə - Qıvraq qəsəbəsinədək uzanan 39,2 kilometr uzunluğundakı asfalt yolla çox rahat gedib-gəlmək olur.

Bununla bərabər, kəndimizdə eyni gündə beş müxtəlif obyekt, kənd mərkəzi, xidmət mərkəzi, həkim ambulatoriyası, musiqi məktəbi və tam orta məktəb binaları da istifadəyə verildi. Bu yeniliklər Çalxanqalanı çox gözəlləşdirib.

Məktəb müəllimlərinin və şagirdlərin sevinci isə daha böyükdür. Axı indi yeni məktəb müasir təlim və tədris vəsaitləri, elektron lövhə, kompyuter otağı, internetlə təmin olunmuş dördmərtəbəli binada yerləşir. Belə gözəl, müasir binada dərs demək bizi çox fərəhləndirir, eyni zamanda  məsuliyyətimizi artırır.

Dövlət bizim üçün belə gözəl şərait yaratdığına, kəndimizi gülüstana çevirdiyinə görə məktəbimizin kollektivi də çalışır ki, bu gözəllikləri qoruyaq, inkişafa təkan verə bilən layiqli vətəndaşlar yetişdirək.

 

Ehtiram İBRAHİMOV,

Naxçıvan MR Kəngərli rayonu, Çalxanqala kənd tam orta məktəbinin müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video