İşğaldan azad edilmiş Cəbrayılda aqrar sahənin yüksək templə inkişafı üçün potensial böyükdür
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
F.Y.Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına həsr olunan onlayn konfransı keçirilib
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Yanvarın 20-də inauqurasiyası keçirilən ABŞ Prezidenti Cozef Baydenin ilk işi Donald Trampın bir neçə mühüm fərmanını ləğv etmək olub.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, dövlət başçısı ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtması haqqında fərman imzalayıb. Vaşinqton ÜST-dən ötən ilin yayında çıxmışdı – Tramp təşkilatı islahatlar aparmamaqda, pandemiyanın gedişində düzgün hərəkət etməməkdə təqsirləndirirdi.
Bundan başqa, Bayden ABŞ-ı Paris iqlim sazişinə qaytarıb və Meksika ilə sərhədə divar çəkilməsini dayandırıb. Divarın bir hissəsi tikilib, yeni prezident tikiləni sökmək niyyətində olmadığına işarə edib.
Yeni Prezident, həmçinin Tramp dönəmində Yaxın Şərqin bir neçə ölkəsinin sakinlərinin ABŞ-a girişinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi barədə fərman imzalayıb. Söhbət İran, Liviya, Suriya, Yəmən, Somali vətəndaşlarından, habelə Venesuela məmurlarından gedir.