06:50 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bayden Putinlə yay aylarında Avropada görüşə bilər
 
ANA SƏHİFƏ / DÜNYA
15:33 16.04.2021

 ABŞ Prezidenti Co Bayden Vaşinqton və Moskvanın yay aylarında Avropada rusiyalı həmkarı Vladimir Putinlə görüşmək imkanlarını nəzərdən keçirdiyini bildirib.

AZƏRTAC bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir.

“Mən ölkələrimizin üzləşdiyi bir sıra məsələləri müzakirə etmək üçün Rusiya liderinə bu yay Avropada görüşməyi təklif etdim. Hazırda komandalarımız bu imkanı nəzərdən keçirir”, - deyə Co Bayden Ağ evdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun yeni məhdudlaşdırıcı tədbirlərinin Co Bayden və Vladimir Putin arasındakı görüşü asanlaşdırmayacağını demişdi. O, həmçinin vurğulayıb ki, ABŞ və Rusiya dövlət başçılarının görüşünün qısa müddətdə təşkili mümkünsüzdür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM