29 Avqust 2021 10:59
672
DÜNYA
A- A+

Bayden ABŞ-ın bütün diplomatik missiyasını Kabildən çıxarmağı planlaşdırır

 

ABŞ Prezidenti Cozef Bayden avqustun 31-dək ölkənin bütün diplomatik missiyasını Əfqanıstandan çıxarmağı planlaşdırır.

AZƏRTAC Washington Post qəzetinə istinadla xəbər verir ki, Bayden çərşənbə axşamı gününədək səfir Ross Uilsonu və qalan əməkdaşları Kabildən geri çağırmaq niyyətindədir.

Qəzet bir qədər əvvəl məlumat vermişdi ki, “Taliban” hərəkatı ABŞ-dan qoşunların çixarılmasından sonra Əfqanıstanda diplomatik iştirakını saxlamağı xahiş edib. Dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib ki, hələlik bu barədə qərar qəbul olunmayıb.

Amerikanın diplomatik missiyası paytaxtdakı səfirlik kompleksini tərk edərək Kabil beynəlxalq aeroportunda fəaliyyət göstərir. Əcnəbi əməkdaşların və xarici missiyalarda işləyən əfqanların təxliyəsi Kabildə ABŞ və NATO qüvvələrinin əlində olan yeganə aeroport vasitəsilə həyata keçirilir. Taliblər bəyan ediblər ki, ABŞ vətəndaşlarının təxliyəsi üçün avqustun 31-dən sonra əlavə vaxt vermək niyyətində deyillər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video