Bayat qalası
Qalalar məskəni kimi adı tarixə düşən Qarabağ. Bilinmir həm yaşın sənin, həm də nələr çəkib başın sənin...
Qarabağ xanlığının ilk paytaxtı olan Bayat. Bünövrən 1748-ci il yanvar ayının 2-də Pənahəli xan Cavanşir tərəfindən qoyulub, həmin il noyabr ayının 22-də başa çatdırılıb...
Qısa müddət ərzində sürətlə inşa edilən qalanın ətrafına bişmiş kərpicdən möhkəm hasar çəkilmiş, dörd tərəfdən xəndəklə əhatə olunmuş, məscid, hamam, divanxana, imarətlər tikilmişdi. Xan ailəsini, qohum-əqrabasını, yaxın adamlarını, el ağsaqqallarını, sayılıb-seçilənləri bura toplamış, ətraf vilayətlərdən, xüsusilə də Təbriz və Ərdəbildən sənətkarları öz ailələri ilə birlikdə gətirib, qalada məskunlaşdırmışdı.
Bayat Pənahəli xan Cavanşir üçün bir istehkama çevrilmiş, həm sığınacaq, həm səngər, həm qərargah, həm də qala olmuşdu. 1748-ci ilin yazında Şəki hakimi Hacı Çələbi xan Car-Balakəndən, Şirvandan, Dərbənddən güclü qoşun yığaraq hələ tikintisi tam başa çatdırılmamış Bayat qalası üzərinə hücum edib. Birləşmiş qoşunların qarşısında tab gətirə bilməyən Pənahəli xan Cavanşir qalanı tərk etməyə məcbur olub. Çox çəkmədən xan əlavə qüvvə toplayıb, paytaxtını geri alıb. Məşhur Bayat döyüşü də həmin vaxt baş verib.
Bayatın necə salınması, el-oba məskəninə çevrilməsi də maraqlıdır. Tarixi mənbələr göstərir ki, Qarabağın bu qədim qalasında əvvəllər yaşayış köçəri xarakteri daşıyıb. Sonradan kənd formasına düşüb, camaat isə əkinçiliklə məşğul olub.
Ulu Qarabağın tarixini araşdıranların verdiyi məlumatlara əsasən, bəylərbəyliyin tərkibində Bayat adlı nahiyyə, mərkəzi isə Bayat kəndi olub. On səkkizinci yüzillikdə Bayatda 8 dəyirman işləyib. Kəndin əhalisi arpa, buğda, darı və çəltik əkirmiş. Burada ipəkçilik də geniş inkişaf etmişdi.
1723-cü ildə Osmanlı ordusunun Qarabağa yürüşü zamanı kənd camaatı Arazı keçib Güney Azərbaycana gedir. Osmanlıların hakimiyyəti zamanı kənddə dövlətə vergi ödəyən 30 ailə qalıb. Osmanlıları Qarabağdan çıxarmış Nadir şah Qırxlı-Avşar Bayat kəndinin əhalisini geri qaytarıb. Həmin illərdə Bayat kəndinin yiyəsi Məhəmmədxan sultan olub.
XVIII yüzilliyin birinci yarısında dövran sürmüş Pənahəli bəy Bayat kəndinin torpaq və rəiyyətlərinin yiyəsi idi. Pənahəli xan Sarıcalı-Cavanşir xanlığını quranda Bayat kəndini adaşından pulla satın alaraq burada qala tikmək fikrinə düşüb.
Xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: “Məşvərətdən sonra indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilib”.
Bayat kəndi Qarabağ xanlığının ilk paytaxtıdır. Pənahəli xan Bayat qalasına sığınıb daxili və xarici yağılara qarşı vuruşmuşdu. Aran Qarabağdakı bu istehkam strateji cəhətdən o qədər də əlverişli və etibarlı yerdə deyildi. Ona görə də Pənahəli xan Cavanşir hündür və əlçatmaz bir ərazidə başqa qalanın tikintisinə başlayıb və 1748-ci ilin sonlarında Şahbulaq qalasını sürətlə inşa edərək paytaxtını Bayatdan ora köçürüb...
Rəhman SALMANLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
29 Mart
Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB
29 Mart
Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir
29 Mart
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
29 Mart
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!