11:21 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Başağrısının səbəbləri
ANA SƏHİFƏ / SƏHIYYƏ
18:35 25.09.2018

Adətən yuxudan oyanandan sonra insan özünü gümrah və dincəlmiş hiss edir. Lakin bəzən bunun əksinə, başağrısı ilə yuxudan oyananlar da olur.

Başağrısı 40-a qədər xəstəliyin əsas simptomu ola bilər. Aparılan müşahidələrə görə, xəstələrin 70 faizi həkimlərə başağrıları ilə əlaqədar müraciət edirlər ki, onların da yaranma səbəblərinin əsasında baş və boyun əzələlərinin gərginliyi durur.

Bu barədə AZƏRTAC-a psixoterapevt Əli Nağıyev məlumat verib: "Əgər baş axşamdan ağrıyırsa və səhər yuxudan qalxanda bu ağrı keçirsə və ya boyunu, damarları ovxalayanda ağrı hissi azalırsa, demək bu, gərginlik mənşəli patologiyadır. Bu problemlərə uzunmüddətli, xroniki hal alan, ağırlıq, başgicəllənmə və ürəkbulanma hissi ilə müşahidə edilən ağrıları da şamil etmək olar. Belə ki, əsasən gərginlikdən yaranan başağrıları başgicəllənməsi ilə müşahidə olunur”.

Psixoterapevtin dediyinə görə, bu tipli ağrılardan azad olmaq üçün bir sıra vacib məqamlara fikir vermək lazımdır: "Bu problemlərlə üzləşdikdə əvvəlcə nevropatoloq müayinəsindən keçmək mütləqdir. Müayinə zamanı ortaya orqanik xəstəlik çıxmadıqda pasiyent psixoterapevtə yönəldilir. Çünki belə hallarda əsas məsələ gərginliyin aradan qaldırılmasıdır. Əks halda keyfiyyətindən və sayından asılı olmayaraq, heç bir ağrıkəsici kömək edə bilməz. Xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində də başda ağrılar yarana bilər. Həcmli törəmələr, yəni şiş xəstəlikləri zamanı da başda ağrı əmələ gəlir”.

Onun sözlərinə görə damar mənşəli başağrıları əhali arasında daha geniş yayılan miqren xəstəliyinin əlaməti hesab olunur. Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar yaranır. Bundan başqa boyun yırtığı və osteoxondroz da başağrısına səbəb olur.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM