18 Yanvar 2021 17:29
874
CƏMİYYƏT
A- A+

Baş Prokurorluq IT menecer, sistem administratoru və mühəndis-proqramçı ixtisasları üzrə qəbul elan edib  

 

Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilib, mahiyyətcə daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr, o cümlədən kriminalistika və informasiya texnologiyaları idarəsi yaradılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqramlaşdırma və funksional proqram təminatının inkişaf etdirilməsi, tətbiqi, informasiya sisteminin və texnika-informasiya infrastrukturunun təkmilləşdirilməsi və fasiləsiz işin təmin olunması, serverlərin idarə edilməsi, informasiya sistemlərinin və məlumat bazalarının qurulmasının təşkili məqsədilə Baş Prokurorluğun kriminalistika və informasiya texnologiyaları idarəsinə IT menecer, sistem administratoru və mühəndis-proqramçı ixtisasları üzrə işçi tələb olunur.

Hər üç ixtisas üzrə biliklərə dair tələblərlə bağlı məlumat Baş Prokurorluğun rəsmi internet saytında yerləşdirilib.

İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun kriminalistika və informasiya texnologiyaları idarəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video