02:34 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Baş nazir final matçının Londonda keçirilməsinə qarşı çıxıb

ANA SƏHİFƏ / İDMAN
01:38 23.06.2021

 

İtaliyanın Baş naziri Mario Draggi “Avro-2020”nin final matçının İngiltərənin paytaxtı Londonda keçirilməsinə qarşı çıxıb.

Qol.az xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. Baş nazir etirazını İngiltərədə koronavirus pandemiyasının geniş yayılması ilə əlaqələndirib: “Avro-2020”nin final matçının İngiltərədə keçirilməsinə qarşıyam. Finalın pandemiyanın yayıldığı bir ölkədə oynanılmaması üçün əlimdən gələni edəcəyəm”.

İngiltərə hökuməti “Avro-2020”nin finalına görə ölkəyə gələn hər kəsi karantinə alır. Bu da o deməkdir ki, FİFA və UEFA nümayəndələri, yayımçılar, sponsorlar da daxil olmaqla 2500 nəfər karantində qalacaq. Qitənin ali futbol qurumu isə problemi həll etmək üçün İngiltərə hökuməti ilə danışıqlar aparacağını bildirmişdi.

Qeyd edək ki, final matçı iyulun 11-də keçiriləcək.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM