30 Avqust 2021 21:22
937
CƏMİYYƏT
A- A+

Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatlar zamanı 91 kiloqramdan çox narkotik vasitə aşkarlanıb  

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcək realizə olunması və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşası istiqamətində silsilə əməliyyatlar davam etdirilir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yardımlı rayonunun Mirimli kəndində həyata keçirdikləri növbəti tədbir zamanı həmin kənd sakini Ağagül Qarayev narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun Mirimli kəndində yerləşən evinin həyətindəki yardımçı tikiliyə baxış zamanı 52 kiloqram 49 qram heroin, 328 qram marixuana, 2 kiloqram 585 qram psixotrop maddə metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli 300 metadon həbi aşkarlanıb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Ağagül Qarayev xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradıb. Daha sonra o, narkotik vasitələri Yardımlı rayonunun ərazisində qəbul edib. Ağagül Qarayevin əsas məqsədi əldə etdiyi yüksək təsiredici xassəyə malik külli miqdarda narkotik vasitəni hissə-hissə Bakıda müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edərək narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini və paylanılmasını təşkil etdiyini bildirib.

Baş İdarə əməkdaşlarının Abşeron rayonunda həyata keçirdikləri digər əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını təşkil edən Mehran Musayev və tanışı Əli Mirzəyev saxlanılıb. Onların üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə 132 qram heroin aşkarlanıb. Həmçinin Mehran Musayevin idarə etdiyi avtomobilə baxış zamanı əlavə olaraq 10 kiloqram 490 qram heroin, 3 kiloqram 360 qram marixuana, 200 qram tiryək, 1 kiloqram 440 qram metamfetamin və 200 metadon həbi aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, Mehran Musayev və Əli Mirzəyev ilə birgə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən dəstənin digər üzvləri Beyləqan rayonunda saxlanılıblar. Əməliyyat zamanı Rövşən Quliyev və onunla birlikdə Vüsal Əhmədov, eləcə də Böyükağa Ağayev tutulublar. Saxlanılan zaman onların üzərindən 45 qram heroin aşkar edilib. Bu şəxslər ifadələrində xaric ölkələrdən birində yaşayan narkotacirin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərdiyi külli miqdarda narkotik vasitələri satmaq məqsədilə Beyləqan rayonunun Qaradağlı kəndində qəbul etdiklərini bildiriblər. Tədbirin davamı olaraq Rövşən Quliyevin Beyləqan rayonunda yaşayan qohumunun evində gizlətdiyi əlavə 16 kiloqram 325 qram heroin, 2 kiloqram 515 qram marixuana və 1 kiloqram 280 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Aparılan araşdırmalar zamanı müəyyənləşdirilib ki, Mehran Musayev, Əli Mirzəyev, Rövşən Quliyev, Vüsal Əhmədov və Böyükağa Ağayevdən ibarət dəstə üzvləri xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb ediliblər. Onlar onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməyi ilə həmin şəxslərin hesablarına köçürüblər.

Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının paytaxtın Yasamal, Səbail və Biləsuvar rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha üç nəfər saxlanılıb. Əməliyyatlar zamanı Cəlilabad sakini Şamil Nuriyeva Yasamal, Məhərrəm Fariqov Səbail, Seyran Musayev isə Biləsuvar rayonunda tutulub. Onlardan ümumilikdə 1 kiloqram artıq heroin, metamfetamin və elektron tərəzilər aşkarlanıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları ümumilikdə 91 kiloqramdan çox “kola” və “kakos” adlandırılan heroin və “patı”, “şüşə” kimi tanınan metamfetamin, eləcə də 500 ədəd metadon həbini qanunsuz dövriyyədən çıxarıblar. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

DİN bir daha vətəndaşlara müraciət edərək bildirir ki, sosial şəbəkələrdə xarici ölkələrdəki narkotacirlər tərəfindən idarə olunan səhifələrdən onlara asan yolla varlanmaq üçün narkotik vasitələrin satışını təklif edən şəxslərin yalan vədlərinə inanmasınlar. Həmin şəxslərin narkokuryerlik təklifinə indiyədək müsbət cavan verən şəxslərdən isə könüllü olaraq bu yoldan imtina etməyi tövsiyə edirik. Əks halda narkokuryerliklə məşğul olan, narkotik vasitələrin onlayn satışını həyata keçirən, bu maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini təşkil edən şəxslərin anket məlumatları DİN-in istifadəsində olan ən son texnologiyalar vasitəsi ilə həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyənləşdiriləcək və onlar qısa zamanda saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video