12 Yanvar 2012 12:01
459
İDMAN
A- A+

Baş məşqçidən hesabat tələb olunacaq

 

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edən 19 yaşlı futbolçulardan ibarət milli komandamız  yarışı sonuncu pillədə başa vurmuşdur.

AFFA-nın baş katibi Elxan Məmmədov millinin uğursuz çıxışına münasibətini bildirərkən demişdir: "Komandamızın real gücündən lazımi səviyyədə istifadə edə bilməməsi və məğlub olması bizi son dərəcə məyus edir. Komanda artıq dördüncü ildir ki, bu turnirdə iştirak edir. Yaşar Vahabzadənin rəhbərliyi ilə 2009-cu ildə 7-ci yeri tutmuş komandamız bir il sonra Bernhard Lippertin rəhbərliyi ilə 5-ci yerə qalxmışdı. Vəli Qasımovun rəhbərliyi altında ötən il 7-ci yeri tutmuş komandamız builki turniri sonuncu yerdə başa vurmuşdur. Bununla əlaqədar baş məşqçidən hesabat tələb olunacaq və millinin üzvləri ilə görüşəcəyik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video