11:17 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Barmaqların möcüzəsi

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:49 06.06.2021

 

“Şiatsu” barmaq basmaq deməkdir. Enerji masajı olduğu üçün meditasiya növüdür. Yaponiyada XX əsrin əvvəllərində o zamana qədər tətbiq edilən və müalicə sahəsində qəbul və tətbiq olunmağa başlanan əllə müalicə üsullarının sintezi olaraq yaranıb və tibdə tətbiqinə başlanıb. Qısa müddətdə Çin mənşəli masajlardan təsirlənərək sinir sistemi və daxili orqanlara təsir edən müalicə üsuluna çevrilib. 

Bu masaj bədənin özünün müalicə imkanlarını aktivləşdirir, pozulmuş tarazlığı bərpa etməyə və xəstəliklərin mümkün səbəblərini aradan qaldırmağa kömək edir. Enerji təbabətindəki anlayışa görə, xəstəliyin ilk simptomları bədəndəki həyat enerjisi azaldıqda və ya artdıqda ortaya çıxır. Bu balanssızlıq bədənin fiziki və kimyəvi keyfiyyətlərini əks etdirir, nəticədə əzələ gərginliyi, turşu yığılması və hormonal balans pozulur. Bir çox Şərq müalicə üsulları kimi, “Şiatsu” da enerji paylanmasında natarazlığı aradan qaldırır.

Bu tibbi üsul zamanı həyat enerjisi xətləri müxtəlif yollarla basılır, əzalar dartılır, oynaqlar işlədilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM