14:52 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bankların yaranma tarixi

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:28 28.08.2021

 

Dövlətlərdə pul dövriyyəsi genişləndikcə pul yaşam üçün əsas vasitəyə çevrilməyə başladı. Cəmiyyətlərdə pullu və pulsuz anlayışının formalaşması varlı, kasıb təbəqələşməsinə daha çox yol açırdı. Varlı təbəqəbinin nümayəndələri pullarını müxtəlif əşyaların içərisində saxlayırdılar. Onların pullarını qoymağa yerləri məhdudlaşdıqca və yatırım etmək istəkləri artdıqca banklar yaranmağa başladı. İbtidai bank fəaliyyətlərinə Qədim Babildə, Misirdə, Yunanıstanda rast gəlinib. Həmin vaxtlar sadə mübadilələr etmək üçün müvafiq şəxslərə müraciət olunurmuş.

E.ə 210-cu ildə isə Romada qəbul edilən qanunla sərraflara “banca” adında bölmələr ayrıldı. “Banca” sözünün italyancadan tərcüməsi skamya mənasını verir. Bu bölmələrin məhz belə adlandırılmasına səbəb sərrafların işlərini yol kənarlarındakı skamyaların üzərində görmələri idi. Sonralar bu ənənə artıq bütün Avropaya yayılmağa başladı. Təsadüfi deyil ki, türk dilində skamyalar məhz bank adlanır.

Tarixə məlum olan dünyanın ən qədim banklarından bəziləri hətta əsrlərdir ki, öz fəaliyyətlərini davam etdirir. Bunlardan ən qədimi Monte dey Paski di Siena bankıdır. Bu bank 1472-ci ildə İtaliyanın Siena şəhərində fəaliyyətə başlayıb. Bank kasıblara, ehtiyacı olanlara kredit təklif etmək üçün yaradılmışdı. Lakin qısa müddət ərzində bütün ölkə üzrə nüfuzunu kifayət qədər genişləndirə bildi. Müəyyən vaxtlarda kəskin böhranla üzləşsə də, hazırda bu bank İtaliyanın 4-cü ən böyük kommersiya bankıdır.

Ümumilikdə, Orta əsrlərdə bankların yaranıb çoxalması bir çox ailələrə nüfuz və imkan gətirmişdi. Həmin dövrün ən məşhur və etibarlı banklarından biri Mediçi ailəsinin bankı olub. Bankın gəlirləri nəinki İtaliyada, bütün Avropada ailənin siyasi gücünün artmasına səbəb olmuşdu.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM