20 Dekabr 2012 03:12
384
PARLAMENT
A- A+

Baltik Assambleyası GUAM-ın ilk beynəlxalq tərəfdaşıdır

 

"Biz Azərbaycan torpaqlarının işğal faktı ilə barışmırıq. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə öz həllini tapmalıdır. Biz Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik".

Bu fikirləri GUAM PA-nın Bakıda  keçirilən  beşinci iclasında  iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Baltik Assambleyasının vitse-prezidenti Raymonds Veyonis dünən Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söylədi.  

Oqtay Əsədov bildirdi ki, Azərbaycan həm GUAM çərçivəsində, həm də ikitərəfli çərçivədə Baltik Assambleyası ilə  əlaqələrin inkişafında maraqlıdır. Baltik Assambleyası GUAM-ın ilk beynəlxalq tərəfdaşıdır. Baltik Assambleyası GUAM-ı dəstəkləməklə bir daha oz xoş niyyətini, sülhsevərliyini sübut edib.   Deputatlar hər iki təşkilat daxilində çox sıx əməkdaşlıq edirlər.

Milli Məclisin Sədri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Baltik Assambleyasının rəhbərliyinə minnətdarlığını bildirdi.

Baltik Assambleyasının vitse-prezidenti Raymonds Veyonis dedi ki, təmsil etdiyi qurum GUAM-la əməkdaşlıqda maraqlıdır: "Bu gün GUAM-ın beynəlxalq təşkilat kimi nüfuzu gündən-günə artır. Biz çalışırıq ki GUAM-ın Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirək və bu ölkələrin Avropaya inteqrasiyasına yardım göstərək".

R.Veyonis daha sonra dedi: "Belə hesab edirik ki, müasir dövrdə bir dövlətin başqa bir dövlətin ərazisini silah gücünə işğal etməsi yolverilməzdir. Biz Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik".

Görüşdə Baltik Assambleyası ilə GUAM arasında, eləcə də digər beynəlxalq təşkilatlar çərşivəsində əməkdaşlıgın inkişaf perspektivləri, Avropaya inteqrasiya, demokratiyanın inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

"Azərbaycan"

Foto A.MƏMMƏDOVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video