10 Oktyabr 2021 00:32
1162
Səhiyyə
A- A+

Ballı çarələr

 

Bal tərkibində olan triptofan sayəsində yuxusuzluğu aradan qaldırır. Yatmazdan qabaq bir fincan südə bir qaşıq bal qarışdırıb içmək rahat yuxunun təminatıdır.

Bal bel ağrılarında mükəmməl vasitə kimi istifadə edilir. Belə ki, bal axşamdan belə çəkilir, üstünə bez parça bağlanılır, səhərə qədər saxlanılır. Bunu bel ağrısı tamamilə keçənə qədər edə bilərsiniz.

Balın təbii antibiotik və boğaz yumşaldıcı xüsusiyyəti öskürəkdən şikayət edənlər üçün əvəzolunmazdır. Bir az limon suyu və zəncəfili 1 çay qaşığı bal ilə qarışdıraraq içmək öskürəyi birdəfəlik kəsir.

Dermatit və kəpək kimi dəri xəstəliklərini də azaldan balı xəstəlikdən təsirlənmiş nahiyəyə sürtərək sağalmasına zəmin yarada bilərsiniz. Saç tökülməsinin qarşısını alması da balın bir başqa faydasıdır.

Bal həm də ən yaxşı yarasağaldandır. Yaraların üzərinə vurulduqda dəri əmələ gətirən epitel toxumasının yaranmasını sürətləndirir, bu da yaraların qısa zamanda sağalmasını təmin edir. Kəsilmiş, yanmış yerlərin izinin qalmasını istəmirsinizsə, onda balla müalicə edin, çünki bal kollagen liflərin bir-birinə bağlantısını daha tez əmələ gətirir. Bal hətta şişmiş yaraların şişinin çəkilməsi üçün də istifadə olunur, çünki dərialtı qan dövranını sürətləndirir.

Bir çox təbii dəriyə qulluq maskasının əsas tərkib hissəsi olan balın bu qədər geniş istifadə edilməsinin səbəbi dərini nəmləndirməsi, iltihabı önləməsi və xüsusilə B vitaminləri ilə zəngin olmasıdır.

Quru və pullanan dəridən azad olmaq üçün 1 yumurta və 1 yemək qaşığı balı kasada yaxşıca qarışdıraraq üzünüzə sürtün. 20 dəqiqə saxladıqdan sonra qarışımı ilıq su ilə yuyun. Çox qısa zamanda mükəmməl nəticə əldə edəcəksiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video