17:32 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Balıq yağının faydalı xüsusiyyətləri
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:18 04.08.2021

 

Balıq yağı A və D vitaminləri, Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngindir. Təbii üsullar yaddaş gücləndirici və göz zəifliyini aradan qaldırılması üçün ən yaxşı vasitə sayılır. Bununla yanaşı, balıq yağı göz xəstəliklərinin yaranmasının da qarşısını alır.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədovanın AZƏRTAC-a verdiyi məlumata görə, Omeqa-3 yağ turşuları insan orqanizmində sintez olunmur, yalnız düzgün qidalanma vasitəsilə qəbul edilir. Balıq yağının tərkibində olan həmin yağ turşuları yaşla əlaqədar “sarı nöqtə” adlanan xəstəliyin qarşısını alır. Müasir dövrdə çox geniş yayılan quru göz sindromuna qarşı da Omeqa-3 yağı ilə qidalanmaq çox yaxşı təsir edir.

Balıq yağı dişləri və sümükləri möhkəmləndirir, immun sistemini gücləndirir, həmçinin depressiya və stresin simptomlarını da azaldır.

Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva isə deyib: “Damarlarında yağlılıq olanlara, genetikasında infarkt riski olanların ondan istifadə etməsi məsləhətdir. Arıqlamaq istəyənlər də balıq yağından istifadə edə bilərlər. Tərkibində D vitamini olduğuna görə uşaqların boy artımına da səbəb olur”.

Onun kosmetik təsiri də az deyil. Balıq yağı bəzi dəri xəstəliklərinin müalicəsində də faydalı təsir göstərir. Paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucovanın dediyinə görə, dərinin nəm balansını saxlanılmasında A vitamini böyük rol oynayır. Balıq yağı həm də saç və dırnaqlar üçün də xeyirlidir.

Bəzən balıq yağının istifadəsi orqanizmə əks təsir göstərə bilər. Ona görə də mütəxəssislər balıq yağının istifadəsi zamanı həkimlə məsləhətləşməyi tövsiyə edirlər. Həzm sisteminin pozulmaması üçün də balıq yağını yeməkdən sonra qəbul etmək məsləhətdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM