14:41 16 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:55 16.09.2021

Zəfər yolu


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Balın təhlükəsizlik və keyfiyyət göstəriciləri
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:43 12.03.2021

 

Təbii bal insan orqanizmi üçün qiymətli sayılan unikal qida maddələrinin mənbəyidir. Belə ki, yetişmiş balın 15-20 faizi sudan ibarət olsa da, onun tərkibində 300-400-ə qədər faydalı qidalı maddələr cəmləşib. Balın əsas tərkib hissəsi karbohidratlardan (80-85 faizi qlükoza və fruktoza olmaqla) təşkil olunub. Zülalların miqdarı az olsa da (0,5-3,3 faiz), onların tərkibində amin turşularının hamısına rast gəlmək mümkündür. Zülal mənşəli fermentler (amilaza, invertaza, katalaza, peroksidaza, reduktaza və s.) balın bioloji aktivliyini təmin edir. Diastaza fermenti (α- və β-amilaza fermentlərinin cəmi) diastaza ədədi ilə xarakterizə olunmaqla, balın keyfiyyətinin qiymətləndirilməsində istifadə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, R. Səfərova, Ç. Süleymanova və K. Əliyevanın hazırladıqları məqalədə söhbət açılır.

Qeyd edək ki, diastaza ədədi yüksək olan bal daha saf hesab edilir. Yerli bal növlərində bu ədəd 5-10 Hote vahidi aralığında dəyişir. Bununla yanaşı, balın tərkibi vitamin kompleksi ilə (C, B qrupu, PP, K, E, biotin, karotin, fol turşusu və s.) zəngindir. Tərkibində 40-a yaxın makro- və mikroelementın (kalium, kalsium, fosfor, natrium, maqnezium, dəmir, kobalt, sink, silisium, xrom və s.) mövcudluğu balın həm də mineral mənbəyi olduğunu göstərir. Eyni zamanda balın tərkibindəki aromatlı üzvü maddələr (qarışqa, süd-, alma-, limon turşuları, polidoymuş – və polidoymamış turşular; alifatik spirtlər, terpenlər, efir yağları, tanin və s.) onu əvəzedilməz təbii qida məhsuluna çevirir. Turşu tərkibinin 10 faizə qədəri qarışqa turşusunun payına düşür və bal xarab olduqda həmin rəqəm daha da yüksəlir. Adi halda balın pH mühiti turşuluğa meyilli olmaqla 3,8-6,5 arasında dəyişir.

Botanik tərkibinə görə bitkilərdən hasil olan təbii balın çiçək balı (monoflor və poliflor), şirə balı və qarışıq bal növləri ayırd edilir. Təzə ikən bal özlü maye şəklində, qaldıqca isə qatılaşaraq xarlayır ki, bu zaman invertaza fermentinin təsiri ilə disaxaridlər (saxaroza) monosaxaridlərə (qlükoza və fruktoza) parçalanır. Həmin proses balın keyfiyyətinin düşməsinə dəlalət etmir. Monosaxaridləri çox olan balın qidalılığı yüksək olur. Tərkibində qlükoza çox olan bal tez, fruktoza çox olan bal isə gec xarlayır. Balın tərkibi coğrafi iqlim şəraitindən, bitki növündən, həmçinin mövsümdən asılı olaraq dəyişkən olur. Onun tərkibindəki amilolitik fermentlər 60-80 dərəcə C-yə qədər qızdırıldıqda parçalanaraq inaktivləşir. Belə olduqda balın bakterisid təsiri və bioloji aktivliyi azalır. Odur ki, xarlamış balın əridilməsi zamanı onun 40-50° C-dən yuxarı temperaturda qızdırılması yolverilməzdir.

Balın rəngi, dadı və ətri onun növ tərkibindən asılı olaraq dəyişir. Bal növləri içərisində daha çox populyarlıq qazanan çiçək balıdır. Bal adətən çiçək növünə görə təsnifləndirilir (akasiya, cökə, şabalıd, xardal, günəbaxan, qarabaşaq, yonca, nanə, meyvə balı və s.). Bəzən bu təsnifat balın ərsəyə gəldiyi bölgənin adını daşıyır (Qarabağ, Naxçıvan, Gədəbəy, Şəki, Tovuz və s.). Çiçək balı insan orqanizmində bütün müdafiə funksiyalarını səfərbər etməklə immun sistemini möhkəmləndirir.

Ümumilikdə biogen stimulyatorlarla zəngin olan təbii bal bakterisid, antiseptik, iltihabəleyhinə, bərpaedici, sakitləşdirici və tonuslaşdırıcı təsirlərə malikdir. Odur ki, bu məhsul burun-boğaz, ürək-damar, mədə-bağırsaq, qaraciyər, göz, dəri və oynaq xəstəliklərinin müalicəsində əvəzolunmaz dərman vasitəsi kimi tətbiq edilir. Bal kosmetik məqsədlər üçün də istifadə edilir.

Bal haqqında bəzi məlumatları bilmək maraqlıdır:

- Bir qaşıq balın toplanması üçün 200 arı gün ərzində durmadan nektar toplamalıdır;

- Balın hər damlasında orqanizm üçün vacib olan 70-ə qədər qidalı maddə vardır;

- Balı uzun müddət saxladıqda və ya çox qızdırdıqda tərkibindəki aktiv fermentlər və vitaminlər parçalanır;

- Balın tərkibində D vitamini (kalsiferol) aşkar edilməyib;

- Bal bakteriyaların inkişafının qarşısını alır və ibtidailəri məhv edir, maya və kif göbələklərinə isə təsir etmir;

- Balın yetişməsi dövrü 1 həftə çəkir ki, bu zaman tərkibindəki suyun miqdarı azalır;

- Balın xarlaması onun təbiiliyinə xələl gətirmir. Təmiz bal qaldıqca xarlayır;

- Bal optimal olaraq 5-10 dərəcə C temperaturda quru yerdə saxlanmalıdır;

- 5 ildən çox saxlanan balın tərkibindəki diastaza fermenti parçalanaraq yox olur;

- Bal şüşə, taxta, saxsı, çini və keramika qablarda ağzı bağlı saxlandıqda keyfiyyətini və ətrini itirmir;

- Balın 100 qramında 300-320 kkal enerji vardır.

Qeyd edək ki, təbii bala müdaxilə etməklə onu saxtalaşdırmaq mümkündür. Eləcə də bal mövsümündə arıların şəkər tozu, meyvə və ya tərəvəz şirələri ilə yemləndirilməsi ilə alınan məhsul təbii sayılmır. Balın saxta olması laborator müayinə üsulları əsasında dəqiq müəyyən edilə bilər. Ev şəraitində isə bir neçə sadə üsulla balın təbii və ya saxta olmasını müəyyənləşdirmək mümkündür. Məsələn, bal su ilə qarışdırılıb üzərinə bir damcı yod əlavə edilir, onun rəngi göyərərsə, bu, balın tərkibinə invert şəkərin (məsələn, şəkər tozunun) qatıldığını göstərir. Həmçinin nəzərə alınmalıdır ki:

- Xalis balın üzərinə qaynar su əlavə etdikdə saxta baldan fərqli olaraq, tez dağılmır və suya tez qarışmır;

- Təmiz baldan hazırlanan şərbət bulanıq, saxta baldan hazırlanan isə əksinə, şəffaf olur;

- Maye şəklində olan balı qaşıqla götürdükdə nazik sap kimi uzanıb qırılmırsa, bu, onun təbiiliyini göstərir;

- Təbii bala kənar komponentlərin qatılması diastaza ədədinin azalmasına səbəb olur ki, bu da məhsulun saxtalaşdırılması hesab olunur. Nəzərə almaq lazımdır ki, diastaza fermenti saxta balın tərkibində çox az miqdarda və ya heç olmur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM