02 Aprel 2014 07:04
444
Səhiyyə
A- A+

Balakən sakinləri humanitar tibbi aksiyadan yetərincə yararlanırlar

Vətəndaşların kütləvi tibbi müayinədən keçirilməsi kampaniyası Balakən rayonunda da uğurla davam edir. Balakənlilər onlara verilmiş bu imkandan yetərincə yararlanmağa çalışırlar.

Rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova AzərTAc-a bildirmişdir ki, fevralın 17-dən davam edən aksiya çərçivəsində indiyədək rayonun 39 mindən artıq sakini tibbi müayinədən keçmişdir. Müayinələrin keçirildiyi mərkəzi rayon xəstəxanasının, habelə Qabaqçöl qəsəbə xəstəxanası və kənd həkim məntəqələrinin kollektivləri bu vacib işə məsuliyyətlə yanaşır, sakinləri hərtərəfli müayinə edir, onlara lazımi məsləhətlər verirlər. Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar briqadalar ucqar kəndlərin əhalisinə, xəstəxanalara gəlmək imkanı olmayan sakinlərə yerlərdə tibbi xidmət göstərirlər.
Mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsi fevralın 17-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Poliklinikanın müdiri Məhəmməd Əhmədovun verdiyi məlumata görə, aksiyaya başlandığı gündən indiyədək burada 13 mindən artıq sakin müayinə olunmuşdur. Tibbi müayinələr zamanı rəqəmsal rentgen, ultrasəs, qastroskop, endoskop, kardioloji EKO və digər müasir aparat və cihazlardan istifadə edilir.
Mərkəzi xəstəxananın baş həkimi Hacıömər Nuriyev AzərTAc-a demişdir ki, fevralın 17-dən indiyədək 4163 nəfər flüoqrafiya, 1454 nəfər ultrasəs, 1994 nəfər kardioloji EKO, 855 nəfər rentgen aparatı vasitəsilə müayinə olunmuş, 12811 nəfərdən qan analizi götürülmüşdür. Sakinlər əsasən ürək-damar, revmatizm, hipertoniya, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər. Müayinələr nəticəsində 5624 nəfərə ambulator müalicə təyin edilmiş, 2019 nəfər dispanser qeydiyyatına götürülmüşdür. Eyni zamanda, 148 nəfər mərkəzi rayon xəstəxanasının müxtəlif şöbələrinə yerləşdirilmiş, daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 134 nəfər isə Bakı şəhərinin tibb müəssisələrinə göndərilmişdir.
Müayinədən keçən rayon sakinləri Samurat Gülməmmədova, Rəşid Musayev, Rahim Tağıyev, Mahi Əliyeva və başqaları yaradılmış bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, belə aksiyaların davamlı olmasını arzulamışlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video