15 Aprel 2012 12:04
607
Elm və texnika
A- A+

Bakteriyalara qarşı plazma «fənər»i yaradılıb

 

Avstraliya və Çinin bir qrup alimi 12 voltluq adi batareya ilə işləyən soyuq plazma generatorunun sınaq nümunəsini  hazırlayıb. Cihazın kənardan əlavə yüksək gərginlikli elektrik enerjisi və qaz ilə təchizatına ehtiyac yoxdur.

Yeni aparat dezinfeksiya üçün nəzərdə tutulub. Məsələn, onun vasitəsilə əlləri bakteriyalardan yüksək effektliliklə təmizləmək mümkündür. Sistem 100  nanosaniyəlik davamlıqda 20 kHs tezlikdə adi havada 20-23 Selsi dərəcədə plazma yaradır. Aparatın temperaturu nəzarətdə saxlayan, bundan yüksəyə qalxmasına imkan verməyən qoruyucusu var.

Belə plazma axını insan orqanizminə, dəriyə heç bir mənfi təsir göstərmədən bakteriyaları məhv edir. Sınaq aparatını təcrübədə yoxlamaq üçün alimlər əlavə olaraq 30 mikrometrlik təbəqə üzərində "Enterococcus faecalis" bakteriyalarını yetişdiriblər. Bu təbəqədə 17 mikrob qatı əmələ gəlib. Təcrübə zamanı aparat 5 dəqiqə müddətində ən aşağı qatlara sirayət etməklə bütün mikroorqanizmləri neytrallaşdırıb. İdeya müəlliflərinin fikrincə, plazma "fənər"i bəzi bakteriya növlərini bir neçə saniyə ərzində yox edə bilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video