12 Sentyabr 2021 00:27
2032
Oxucu məktubları
A- A+

Bakıda strateji yolayrıcının altı təhlükəli “avtovağzal”a çevrilib, dinən yoxdur

 

Bizim problemimiz nə su, qaz, işıqdır, nə də yol. Şükürlər olsun, hamısı qaydasındadır. Buna baxmayaraq, günümüz qaradır.

Alı Mustafayev küçəsində yerləşən binamızın qarşısından keçən yolayrıcının altında rayonlara gecə-gündüz müştəri səsləyən sürücülər təkcə ağ günümüzü qara etmirlər, həm də həyatımıza əməlli-başlı təhlükə törədirlər. Biz inanmırıq ki, Bakının başqa ərazisində belə acınacaqlı vəziyyət ola. Təsəvvür edin ki, biz öz evimizə həftənin 7 günü, günün 24 saatı rahat gəlib-gedə bilmirik. İş o həddə çatıb ki, həm sürücülərin başgötürən səsləri, həm də avtomobilləri ilə ərazidə nəqliyyatın hərəkətini iflic etmələri, üstəlik buranı zibilxanaya və yazmağı ayıb bildiyimiz məlum yerə çevirmələri üzündən əksər qonşu mənzilini satıb köçmək qərarına gəlib.

Dəfələrlə bu barədə Bakı şəhər və Nəsimi rayon icra hakimiyyətlərinə, Bakı Nəqliyyat Agentliyinə, DİN-ə, telekanallara, qəzetlərə, saytlara və ümumiyyətlə, hara əlimiz çatırsa, müraciət etmişik. Amma heç bir nəticəsi olmayıb. Sanki hansısa sehrli qüvvə xaosun, antisanitariyanın, özbaşınalığın və nəhayət, biabırçılığın hökm sürdüyü bu ərazini mühafizə edir. Həmin sehrli qüvvə hətta ərazinin məlum səbəbdən strateji əhəmiyyətli obyekt sayılan körpünün altında yerləşdiyini də nəzərə almır.

İndi gümanımız rəsmi dövlət qəzeti kimi sizədir. Bəlkə bu məktubun dərcindən sonra adlarını çəkdiyimiz qurumlar hansı təhlükəli vəziyyətə göz yumduqlarının fərqində olarlar.

 

Bakı şəhəri, Alı Mustafayev, 1 K və M.C.Cəfərov, 10 saylı binaların sakinləri adından:

Z.Hüseynov, İ.Məmmədov, S.Əliyev, Z.Məmmədxanov, F.Məmmədov, E.Əfəndiyeva, Ə.Əzizov, X.Əsədova, A.Zeynalov, M.Babayev və başqaları

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video