22 May 2013 12:05
413
Təhsil
A- A+

Bakıda Qafqaz Universitetləri Birliyinin üçüncü illik konqresi keçirilmişdir

 

Mayın 21-də "Şeraton Baku Airport Hotel"də Qafqaz Universitetləri Birliyinin üçüncü illik konqresi keçirilmişdir. AzərTAc xəbər verir ki, Birliyə daxil olan universitetlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədi ilə keçirilən konqresdə Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan və digər ölkələrdən təhsil işçiləri, mütəxəssislər, ali məktəblərin rəhbərləri və nümayəndələri iştirak etmişlər.  

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini vurğulamışdır.

Ölkəmizdə ali təhsil sahəsində reallaşdırılan islahatlardan danışan nazir ali təhsilin normativ-hüquqi bazasının Bolonya prosesinin tələblərinə və beynəlxalq təcrübəyə uyğunlaşdırıldığını bildirmişdir.    

M.Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əhəmiyyətindən bəhs edərək, bu proqram çərçivəsində xeyli sayda azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə oxuduğunu xatırlatmışdır.

Qafqaz regionunun qədim dövrlərdən başlayaraq bəşər elminin və mədəniyyətinin inkişafına böyük töhfələr verdiyini qeyd edən nazir, eyni zamanda, Qafqaz Universitetləri Birliyinin regionun ali təhsil müəssisələri arasında əlaqələrin inkişafında mühüm rolunu vurğulamışdır.  

Türkiyənin milli təhsil naziri Nabi Avcı Qafqaz Universitetləri Birliyinin fəaliyyəti barədə fikirlərini diqqətə çatdırmış, gənclərin ortaq proqramlar üzrə təhsilinin önəmli olduğunu xatırlatmışdır. 

Müasir dünyada təhsilin mühüm rolundan danışan türkiyəli nazir bu sahədə əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulamışdır. 

Türkiyənin Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya, Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili təhsilin inkişafı ilə bağlı fikirlərini bildirmiş, konqresin əhəmiyyətindən bəhs etmişlər.

Türkiyənin Mövlanə təhsil proqramı barədə ətraflı məlumat verilmişdir.  

Müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı ali təhsil müəssisələrinin Qafqaz Universitetləri Birliyinə üzv qəbul olunması ilə bağlı sənədlər imzalanmışdır.

Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz bu qurumun fəaliyyətinin genişləndirilməsi ilə bağlı reallaşdırılan tədbirlərdən danışmış, Birliyə 12 ölkədən 58 universitetin üzv qəbul olunduğunu diqqətə çatdırmışdır.

Sonra universitetlər arasında əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video