15 Iyun 2013 01:06
388
Təhsil
A- A+

Bakıda Birinci Fransız-Azərbaycan Universitetlərarası Forumu keçirilmişdir

 

İyunun 14-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Birinci Fransız-Azərbaycan Universitetlərarası Forumu keçirilmişdir.

Forumda Azərbaycanın və Fransanın ali təhsil sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilmişdir.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ki, forumun məqsədi Fransanın ali təhsil ocaqları haqqında daha dolğun məlumat əldə etməkdir.

Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışmışdır.

Tədbirin əhəmiyyətindən danışan ADA-nın rektoru həm Fransa, həm də Azərbaycan tələbələrinin bu forumdan yararlanacağına ümidvar olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının rəhbəri Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrdən, xaricdə təhsilin əhəmiyyətindən, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından və bu sahədə görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə rəhbərliyi üçün prioritet istiqamətlərdəndir. Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirilir və uzunmüddətli dövlət proqramları hazırlanır.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilir. İstedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasını nəzərdə tutan proqram çərçivəsində bu günədək çoxlu sayda azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilmişdir. Ümumilikdə təhsil sahəsində həyata keçirilən tədbirlər iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, güclü kadr potensialının formalaşmasında da mühüm rol oynayır. Proqram çərçivəsində 1825 tələbə dünyanın müxtəlif universitetlərində təhsil almaq hüququ qazanmışdır.

Forum çərçivəsində Fransanın aparıcı universitetləri barədə təqdimatlar keçirilmiş, eləcə də ölkəmizin tələbələrinə Fransada təhsil almaq imkanları, Azərbaycan və Fransa hökumətləri tərəfindən təsis edilən müxtəlif təqaüdlər barədə ətraflı məlumat verilmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video