15:20 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakıda «Azərbaycanın postkonflikt ərazilərinin bərpası: konseptual əsaslar» kitabının təqdimatı keçirilmişdir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
07:10 15.10.2011

 

Oktyabrın 14-də "Hilton Baku" otelində "Azərbaycanın postkonflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının təqdimatı keçirilmişdir. Kitabın müəllifləri "Qafqaz və qloballaşma" elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və Qafqaz Strateji Tədqiqatlar İnstitutunun direktoru Eldar İsmayılovdur. Kitabın artıq London, Vaşinqton və Brüsseldə ingilis dilində təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən kitabın həmmüəllifi Eldar İsmayılov qeyd etmişdir ki, bu elmi araşdırma Azərbaycanın işğal olunmuş ərazilərində münaqişənin həllindən sonra aparılacaq işlərə, fiziki infrastruktur və yenidənqurma məsələlərinin təhlilinə həsr olunmuşdur. E.İsmayılov bildirmişdir ki, kitab Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişəsonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında yazılmışdır.

Nazim Müzəffərli bildirmişdir ki, münaqişədən sonra ərazilərdə bərpa işlərinə yönəldiləcək xərclər inflyasiya nəzərə alınmadan və alınmaqla hesablanmışdır. Müəllif araşdırmada bərpa işlərinə yönəldiləcək dövlət xərclərinin konkret məbləğinin də hesablandığını söyləmişdir. "Bu araşdırmada qəbul edilmiş ilkin şərtlər və ehtimallar əsasında aparılmış hesablamalara görə, postkonflikt ərazilərin bərpasına yönəldiləcək dövlət xərcləri 15,5 milyard manat və ya 19,4 milyard dollar, inflyasiya amili nəzərə alınmaqla isə 22,7 milyard manat və ya 28,4 milyard dollar təşkil edəcəkdir", - deyən N.Müzəffərli, eyni zamanda, qeyd edir ki, dövlət investisiyalarının faktiki məbləği kitabda göstərilən rəqəmlərdən fərqlənəcəkdir. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələnin bir tərəfidirsə, ərazilərin bərpası, postkonflikt inkişafı məsələnin digər tərəfidir, - deyən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirmişdir: "Bu kitab münaqişənin həllindən sonra meydana çıxan problemləri önə çəkərək onların həlli yollarını təklif edir. Azərbaycan danışıqlar prosesinə ümidlə yanaşır, eyni zamanda bu prosesin müəyyən limitinin olmasını da nəzərə alır".

E.Aslanov qeyd etmişdir ki, prioritet məsələ Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, işğal olunmuş ərazilərin azad edilməsidir. "Bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzü dünya birliyinin etinasızlığı ilə müşayiət olunur. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi bugünə qədər yerinə yetirilməmişdir. Bu güclü təşkilatın qərarlarının yerinə yetirilməməsi, bir tərəfdən, bir çox suallar meydana çıxarır, digər tərəfdən, dünyanın ikili standartlarla idarə olunmasını göstərir. Bu da dünyada münaqişələrin çoxalmasına gətirib çıxarır", - deyə E.Aslanov vurğulamışdır. O əlavə etmişdir ki, Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistan beynəlxalq məsuliyyətə cəlb olunmalıdır.

E.Aslanov söyləmişdir ki, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan etmişdir. Amma reallıq ondan ibarətdir ki, Ermənistan bu gün status-kvonun saxlanmasında maraqlıdır. Bu isə bölgədə sülhün bərqərar olmasına xidmət etmir. Şöbə müdiri qeyd etmişdir ki, o vaxta qədər ki, dünya birliyi Ermənistana təzyiq göstərməyəcək, o zamana qədər bölgədə sülhün, sabitliyin bərqərar olması böyük maneələrlə qarşılaşacaqdır.

Tədbirdə kitabın "Ön söz" müəllifi, Con Hopkins Universitetinin professoru Frederik Starr araşdırma ilə bağlı fikirlərini bildirmişdir.

Tədbirdə Milli Məclisin deputatları, xarici səfirliklərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM