02:41 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakıda Azərbaycan-Türkiyə Təcili Tibbi Yardım Simpoziumu keçirilir
ANA SƏHİFƏ / SƏHIYYƏ
04:04 14.04.2012

 

Aprelin 13-də Bakıda Azərbaycan-Türkiyə Təcili Tibbi Yardım Simpoziumu açılmışdır.
ATU-nun Tədris-Terapevtik Klinikasında keçirilən simpoziumun açılış mərasimində Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.    Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyənin Acıl Tip Uzmanlığı Dərnəyinin (ATUDER) birgə təşkil etdikləri simpoziumda səhiyyənin müxtəlif sahələri üzrə hər iki ölkənin tanınmış mütəxəssisləri iştirak edirlər.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək bildirmişdir ki, Türkiyə və digər Avropa ölkələri ilə birgə səhiyyənin vacib sahələrinə həsr olunmuş tədbirlərin keçirilməsi artıq ənənə halını almışdır. Söz yox ki, təcili tibbi yardım da vacib sahədir. Bu xidmətləri düzgün təşkil edə bilməsək, hər hansı bir müalicənin səmərəsi olmayacaqdır. Son illər təcili tibbi yardım xidmətləri dünyada sürətlə inkişaf edir və bu sahədə qardaş Türkiyənin qabaqcıl təcrübəsi vardır.
Simpoziumun gənc mütəxəssislər üçün əhəmiyyətini qeyd edən rektor demişdir ki, rezidenturanı bitirənlər bu sahədə təcrübə keçmək üçün Türkiyənin universitetlərinə göndəriləcəklər.
Məruzələrin əksəriyyətinin təcrübi sahələrə həsr olunduğunu bildirən Ə.Əmiraslanov vurğulamışdır ki, burada əsasən təcili tibbi yardımla bağlı ən son nailiyyətlər müzakirə olunacaqdır. Sevindirici hal odur ki, panel iclaslarının rəhbərləri arasında ATU-nun mütəxəssisləri də vardır.
Ölüm hallarının və əlilliyin qarşısının alınması baxımından təcili tibbi yardımın elm sahəsinə çevrildiyini deyən ATUDER-in rəhbəri, professor Başar Cander simpoziumun Bakıda keçirilməsindən məmnunluğunu bildirmişdir.
Türkiyədə təcili tibbi yardım xidmətlərinin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verən B.Cander, həmçinin rəhbərlik etdiyi dərnəyin gördüyü işlər barədə də söhbət açmışdır.
ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev və başqa çıxış edənlər də təcili tibbi yardım xidmətlərinin səviyyəsinin artırılması baxımından tədbirin əhəmiyyətini vurğulamışlar.
Çıxışlardan sonra müxtəlif panellərdə məruzələr dinlənilmiş və zəhərlənmələr, zədələnmələr, kəskin tənəffüs çatışmazlığı və s. xəstəliklərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Simpozium aprelin 14-dək davam edəcəkdir.

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM