14 Iyun 2014 01:06
376
Səhiyyə
A- A+

Bakıda Azərbaycan gənc qan donorlarının birinci forumu keçirilmişdir

İyunun 14-də Bakıdakı “Hilton” mehmanxanasında Azərbaycan gənc qan donorlarının birinci forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, 14 İyun - Ümumdünya Qan Donoru Günü münasibətilə keçirilən forum Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Qan Donorları Assosiasiyasının, Gənclər üçün Təhsil Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə əməkdaşlığı çərçivəsində baş tutmuşdur. Forumun məqsədi Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verməkdir.
Dövlət və hökumət rəsmilərinin, QHT nümayəndələrinin və qan donorlarının iştirak etdikləri forumda Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, qan donorluğu ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Sonra İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış edərək demişdir ki, 2005-ci ilin mayında Dünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilmişdir. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınmışdır. Bu əlamətdar günün qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiram nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. Bildirilmişdir ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları ölümdən xilas etməyə kömək edir.
Qeyd edilmişdir ki, 2004-cü ildən etibarən 14 İyun - Ümumdünya Donor Günü Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təntənəli surətdə qeyd olunur. Həmin gün qan verən şəxslərə xeyirxah addımlarına görə xüsusi minnətdarlıq bildirilir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü və təmənnasız qan donorlarının sayının artırılması sahəsində fəaliyyətini davam etdirməkdədir.
Diqqətə çatdırılmışdır ki, Səhiyyə Nazirliyinin “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrləri donor qanına tələbatın ödənilməsinə yönəldilmişdir. Lakin donorluğun inkişafı üçün tək Səhiyyə Nazirliyi deyil, digər qurumlar, tanınmış insanlar və kütləvi informasiya vasitələri də öz töhfələrini verməlidirlər.
Forumda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, Bahadur Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənov, ATGTİ-nin sədri Şahin İsmayılov və Marneuli Gənclər Mərkəzinin nümayəndəsi Emin Əhmədov çıxış edərək ilk dəfə keçirilən forumun Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verəcəyini vurğulamışlar.
Forumun işinə uğurlar arzulayan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev belə bir tədbirin keçirilməsinin cəmiyyətə mesaj vermək baxımından əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, gənclər təşkilatları qan donorluğunun inkişafı istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər.
Qan donorluğunun inkişafına töhfələr vermiş təşkilatlara, eləcə də könüllü donorlara diplomlar təqdim edildikdən sonra forumda gələcək fəaliyyətlər müzakirə edilmiş və tövsiyələr hazırlanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video