19:19 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi keçirilir
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:09 13.09.2013

 

Sentyabrın 12-də Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetində (ATU) Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XIII Beynəlxalq konqresi öz işinə başlamışdır.

Tədbirin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil və gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. 

Sonra universitetin akt zalında konqresin açılışı olmuşdur. Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinə üzv olan 19 ölkədən 105 elm xadimi və tibb mütəxəssisinin, eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Açılış mərasimində çıxış edən  ATU-nun rektoru, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov bildirmişdir ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını almışdır. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır.

 Rektor demişdir ki, sentyabrın 15-dək davam edəcək bu beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır. Bu isə ölkələr arasında elmin qarşılıqlı tanınmasında və əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.

Ə.Əmiraslanov sözünə davam edərək demişdir ki, bu gün Azərbaycan Tibb Universitetinin yeni cərrahiyyə klinikasının açılışı gözlənilir. Universitetin 18 kafedrası ən müasir avadanlıqlarla təchiz edilmiş bu klinikada fəaliyyət göstərəcəkdir. Burada, eyni zamanda, indiyədək mövcud olmayan tədris mərkəzi də açılmışdır.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev son 10 ildə Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışmışdır. Bildirmişdir ki, təkcə bu il Azərbaycanda 300 min kvadratmetr sahədə tibb müəssisələri tikilmiş və ya əsaslı təmir edilmişdir. Yaxın günlərdə 50 min kvadratmetr sahəsi olan Bakı Sağlamlıq Mərkəzinin açılışı gözlənilir. Nazir müavini son 10 gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə regionlarda yeni tibb müəssisələrinin açılaraq əhalinin ixtiyarına verildiyini də qonaqların diqqətinə çatdırmışdır.

Konqresdə Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin sədri, Ankara Universitetinin rektoru professor Hasan Özkan çıxış edərək dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin indiyədək 13 konqresi keçirilmişdir. Bu beynəlxalq tədbirlərin  6-na Azərbaycan ev sahibliyi etmişdir.

H.Özkan məlumat vermişdir ki, rəhbərlik etdiyi cəmiyyətin əsası 1996-cı ildə Antalyada Avropa və Asiyanın türkdilli dövlətlərindən olan alimlərinin milli konqresindəki görüşü zamanı qoyulmuşdur. Cərrah və qastroenteroloqların ilk konqresi 1997-ci ildə Bakıda keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə keçirilən həmin konqresdə 5 ölkədən 35-ə yaxın alim iştirak etmişdir.

Sonra Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XIII Beynəlxalq konqresi işini Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri akademik Böyükkişi Ağayevin sədrliyi ilə sessiyalarda davam etdirmişdir.

Sessiyalarda "Xroniki B hepatitinin müalicəsində immunoterapiyanın perspektivi", "Xroniki pankreatitin endoskopik müalicəsi", "Türkiyədə qaraciyər transplantasiyası" və s. mövzularda məruzələr dinlənilmiş, cərrahiyyə və qastroenterologiya  sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılmışdır.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM