09:28 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


23:15 16.06.2021 Səfər başa çatdı
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakıda 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:45 10.06.2021

Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2021”) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan 2021”) sərgiləri işə başlayıb. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış 2 illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi tələblərinə tam əməl olunmaqla təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Bildirib ki, iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən aqrar sahədə dinamik inkişaf davam edir. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi həmin ərazilərdə aqrar sahəni yenidən inkişaf etdirmək üçün böyük imkanlar yaradıb. Kənd təsərrüfatında mütərəqqi innovasiya və texnologiyalardan daha geniş istifadənin təmin olunması əsas vəzifələrdəndir. Bu baxımdan müasir texnologiyaların və ən yaxşı təcrübələrin transferində beynəlxalq aqrar sərgilər böyük əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Stron bugünkü sərgini işgüzar əlaqələrin bərpa edilməsi və yeni əməkdaşlığın qurulması baxımından mühüm platforma adlandırıblar.

“Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərində ümumilikdə dünyanın 27 ölkəsindən 248 şirkət təmsil olunur. “Caspian Agro 2021” sərgisində “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları, yeni toxum sortları və digər məhsullar nümayiş olunur. Sərgi həmçinin heyvandarlıq və quşçuluq, yem, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları bölmələrini əhatə edir. “InterFood Azerbaijan 2021” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullar təqdim edilir.

Kənd Təsərrüfatı Nazirliyinə məxsus pavilyonda aqrar sahə ilə bağlı innovativ həllər və nailiyyətlər nümayiş olunur. Belə ki, innovativ layihələr stendində gübrə və toxum səpən, eləcə də xəstəliyin yayıldığı sahələri müəyyən edən və dərmanlayan aqrodronlar təqdim edilir. Sərgi ziyarətçilərinə fermer və mexanizator arasında kommunikasiyanı idarə edən “AgroUber”, eləcə də aqrar mobil laboratoriya layihələri barədə də məlumat verilir. Həmçinin açıq məkanda dağlıq və dağətəyi zonalardakı sahələrdə taxılbiçən müasir kombaynların işləmə funksiyası əyani nümayiş olunur.

Üç gün ərzində davam edəcək sərgidə ilk dəfə olaraq "Regional İnkişaf" İctimai Birliyinin və “Aqrar İnkişaf Könüllüləri”nin üzvləri də iştirak edirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM