11 Yanvar 2012 12:01
308
CƏMİYYƏT
A- A+

Bakı şəhərində nəqliyyatın hərəkətinin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilmişdir

 

Dekabrın 10-da Nəqliyyat Nazirliyində Bakı şəhərində nəqliyyatın hərəkətinin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilmişdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, müşavirədə nəqliyyatın mövcud problemləri - paytaxtdakı tıxaclar, onların yaranma səbəbləri, yol-hərəkət qaydalarının pozulması halları və onların qarşısının alınması yolları müzakirə edilmişdir. Nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edərək son zamanlar nəqliyyat-yol kompleksində həyata keçirilmiş iri layihələr, əldə edilmiş nailiyyətlər barədə məlumat vermiş, nəqliyyatda yaranmış problemlər və onların həlli yolları məsələsinə toxunmuşdur.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov da paytaxt nəqliyyatında mövcud problemlərdən bəhs etmiş, müvafiq fikir mübadiləsi aparılmışdır.

Sonra nəqliyyatdakı problemlərin həlli ilə əlaqədar yaranmış işçi qrupun təklifləri nəzərdən keçirilmiş, baxılması üçün müvafiq orqanlara göndərilmişdir.

Müzakirələr zamanı Nəqliyyat və Daxili İşlər nazirliklərinin birgə fəaliyyət göstərməsi ilə yanaşı, həm də bu cür görüşlərin mütəmadi keçirilməsi qərara alınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video