10:14 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


23:15 16.06.2021 Səfər başa çatdı
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı möhtəşəm idman bayramının şahidi oldu

ANA SƏHİFƏ / İDMAN
00:58 08.06.2021

 

Azərbaycan Qran-prisinin təşkili hər cür təqdirəlayiq idi

 

Dünyanın ən böyük idman tədbirlərindən biri olan “Formula-1” üzrə dünya çempionatının cari mövsümdə altıncı mərhələsi - Azərbaycan Qran-prisi artıq arxada qalmışdır. Srağagün Bakıda keçirilmiş yarışın qalibləri indi qazandıqları uğurun sevincini yaşayır, təbrikləri qəbul edirlər.

Məlum olduğu kimi, Azərbaycan Qran-prisi “Red Bull Racing Honda” komandasının üzvü Serxio Peresin qələbəsi ilə başa çatmışdır. Meksikalı pilot  Bakı şəhər halqasında 51 dövrəni hamıdan tez başa vuraraq fəxri kürsünün zirvəsinə yüksəlmişdir. İkinci yeri “Aston Martin” komandasının almaniyalı pilotu Sebastyan Fettel tutmuşdur. “AlphaTauri” komandasının fransalı pilotu Pyer Qasli isə yarışı üçüncü pillədə bitirmişdir.

Şübhəsiz, Bakıda ən çox sevinən Qran-prinin qalibi Serxio Peres idi. Pilotun sevinci yerə-göyə sığmırdı: “Bakını sevirik! Burada “Red Bull” ilə birlikdə ilk qələbəmizi qazanmaq çox xoşdur. Bugünkü gündən həzz ala bilərik. Mükəmməl tempimiz və çox səmərəli avtomobilimiz var idi. Komanda hər həftə maksimum səy göstərir. Arxada yalnız altı yarış qalıb, hələ daha irəli gedə bilərəm”.

Peresin komanda yoldaşı Maks Ferstappen podiuma çıxa bilmədiyindən təəssüf hissi keçirsə də, əldə olunmuş qələbənin əhəmiyyətini vurğulamışdır: “Serxio komandanın ondan istədiyi hər şeyi etdi. O, əla start götürdü və pit-stopdan sonra ikimiz də Luisi keçdik. Qələbə qazanmaq mənə müyəssər olmasa da, onun bunu bacardığına görə sevinirəm. Serxio əla oğlan, gözəl ortaqdır. “Red Bull”da ilk qələbəsindən sonra podiumda təbbəssümünü görmək xoş idi”.

“Formula-1”in tarixində ilk dəfə Bakıda podiuma çıxan “Aston Martin” komandası da nəticədən məmnundur. Komandanın rəhbəri Otmar Safnauerin fikrincə, Azərbaycan paytaxtında ikinci yeri tutmaq “Aston Martin” kollektivinin parlaq uğurudur. Komandanın pilotu Sebastyan Fettel isə belə bir uğura imza atacağını gözləmirdi: “Sevincimdən göyün yeddinci qatındayam - ikinci yer hamımız üçün çox şey deməkdir. Podiuma qalxacağımızı gözləmirdik, lakin komanda bütün uik-end boyunca əla irəliləyirdi və maşın yürüşdə sürətli idi. Maşında rahat idim, trasdakı hadisələr və strategiya ilə birlikdə həqiqətən xüsusi nəticə əldə edə bildik”.  

Azərbaycan Qaran-prisini üçüncü yerdə tamamlamış Pyer Qasli də sevincini gizlədə bilmirdi: “Heyrətamiz uik-end idi: üçüncü məşq protokoluna rəhbərlik etdim, sonra təsnifat mərhələsində dördüncü oldum, axırda isə  podiuma çıxdım! Əla nəticədir!” Qasli əldə etdiyi uğurla kifayətlənmək fikrində deyil, çünki qarşıda “Formula-1”in Fransa mərhələsi var: “Aydınlaşdırmaq lazımdır ki, niyə bu həftəsonu belə yaxşı çıxış etdik. Bu informasiyadan növbəti yarışda istifadə etməliyik. Məni ev Qran-prisi gözləyir. Yenidən uğur qazanmaq istəyirəm”.

“AlphaTauri” komandasının rəhbəri Frans Tost da Qaslinin təəssüratına şərikdir. Onun fikrincə, Bakıda keçirilmiş Qran-pri startdan finişədək möhtəşəm yarış idi: “Bu həftəsonu komanda çox xal qazandı və Konstruktorlar kubokunda beşinci yerə yüksəldi. Uşaqlar əla işlədilər: doğru strategiya seçdilər və səliqə-sahmanla pit-stop etdilər. Onlar bu nəticəyə layiqdirlər. Bütün komandanı təbrik edirəm və ümidvaram ki, növbəti yarışlarda belə yaxşı çıxışı davam edəcəyik”.

Bütün idman yarışlarında olduğu kimi, Azərbaycan Qran-prisinin nəticələri hamını razı sala bilməzdi: sevinənlərlə yanaşı, məyus olanlar da vardı. Bakıda zəif çıxış edənlərdən biri “Mercedes” komandası idi. Almaniya komandası Azərbaycan Qran-prisində xal qazana bilməməklə üç il əvvəl - 2018-ci ildə Avstriya Qran-prisində üzləşdiyi uğursuzluğu təkrarlamışdır. “Mersedes”in pilotları Valtteri Bottas yarışı 12-ci, Luis Hamilton isə 16-cı yerdə tamamlamışlar.

Bununla belə, Azərbaycan Qran-prisinin fəxri kürsüsünə çıxa bilməyənlərin heç də hamısı nəticədən narazı deyil. Məsələn, yarışı 5-ci pillədə başa vurmuş “McLaren” komandasının pilotu Lando Norris hesab edir ki, belə bir nəticə pis deyil: “Yarış asan olmadı, rəqibləri ötüb keçmək gözlədiyimdən daha çətin idi, amma yenə də beşinci yeri tutub çox xal toplaya bildim. Beşinci yer bizim maksimumuzdu”.

Yeri gəlmişkən, Bakıda böyük idman tədbirinin bayrama çevrilməsində əməyi olanları da qeyd etmək lazımdır. Azərbaycan Qran-prisinin baş tutması indiki mürəkkəb şəraitdə təşkilatçıların böyük uğuru kimi qiymətləndirilməlidir. Yeni tip koronavirus bəşər həyatının bütün sahələrinə, o cümlədən idmana  mənfi təsir etdiyindən  beynəlxlaq miqyaslı turnirləri təşkil etmək elə də asan olmur, əvvəlkindən də böyük məsuliyyət tələb edilir. Bakıda keçirilmiş möhtəşəm idman tədbiri bütün gözləntiləri aşıb keçdi. Hazırlıq işlərində ən cüzi problem belə ortaya çıxmadı. Doğrudur,  məlum səbəbdən azarkeşlər Azərbaycan Qran-prisini yerindəcə izləyə bilmədilər, Bakı əvvəlki dörd Qran-pridə olduğu kimi əcnəbi turist axını görmədi. Başqa sözlə, şəhərdə qonaqların təhlükəsizliyini təmin etmək kimi mühüm məsələ gündəlikdə deyildi.

Lakin bütün bunlar yarış təşkilatçılarının məsuliyyətini qətiyyən azaltmırdı. Qarşıya qoyulmuş vəzifə - idman tədbirinin tələb olunan səviyyədə təşkili və onun iştirakçılarının ədalətli mübarizə aparması üçün lazımi şəraitin yaradılması uğurla icra olundu. Bakı Şəhər Halqası əməliyyat şirkəti əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində idman tədbirini ən yüksək səviyyədə təşkil etdi, “Formula-1” komandalarının və  yarışı televiziya ilə izləyən yüz milyonlarla motoidman azarkeşinin rəğbətini qazandı. Mübaliğəyə varmadan demək olar ki, Azərbaycanda Qran-prinin təşkili hər cür təqdirəlayiq idi.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM