06 Mart 2021 02:52
672
İQTİSADİYYAT
A- A+

Bakı Limanı Niderlandın Fontis Universiteti və Qilde İnstitutu ilə təlim proqramına başlayır

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Niderlandın Fontis Tətbiqi Elmlər Universiteti, Qilde İnstitutu və regionun aparıcı logistika şirkəti “Cabooter Group” arasında anlaşma memorandumu imzalanıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Memoranduma əsasən, Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə, nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslər Niderlandda 4 aylıq təlim-tədris proqramına cəlb ediləcəklər. Proqram iştirakçıları Fontis Tətbiqi Elmlər Universitetində və Qilde İnstitutunun peşə təhsili mərkəzində beynəlxalq logistika və dünya liman sənayesi, anbarların idarə edilməsi, liman əməliyyatları və gömrük prosedurları sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edə biləcəklər.

Bakı Limanının baş direktoru Taleh Ziyadov dünyanın logistika xəritəsində mühüm yer tutan Venlo şəhərində liman sahəsinə dair təlimlərin təşkil edilməsini zamanın tələbi olduğunu qeyd edib: “Logistika sahəsi daim yeni texnologiyaların və müasir idarəetmə üsullarının tətbiq olunduğu sahə olub. Xüsusən də, Avropanın mühüm logistika qovşaqlarından olan və Venlo şəhərinin yerləşdiyi Limburq vilayəti, bu ərazidə yerləşən Fontis Universiteti və Qilde İnstitutu qeyd etdiyim biliklərin mərkəzləri sayılır. Burada əldə olunan biliklər nəqliyyat sahəsinin geniş spektrini əhatə edir və ölkəmizdə logistika sahəsində müasir kadrların formalaşmasında mühüm rol oynayacaq”.

İlk təlimlərin 2021-ci ilin sentyabr-dekabr ayları ərzində həyata keçirilməsi nəzərdə tutulub. Təlim-tədris proqramında iştirak edənlər gün ərzində 3 saat Fontis Universiteti və Qilde İnstitutunda nəzəri biliklər əldə edəcəklər, günün ikinci yarısında isə “Cabooter Group”un anbarları, idarəedici ofisləri, yükboşaltma sahələrində real işə cəlb olunacaqlar.

“Cabooter Group”un icraçı direktoru Hans Cabooter qeyd edib ki, Azərbaycan və Bakı Limanı strateji nəqliyyat qovşağında yerləşir və 2019-cu ildən liman və onun rəhbərlik etdiyi şirkət Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərirlər.

H.Cabooter vurğulayıb ki, adıçəkilən təlim proqramı Bakı Limanı və digər iştirakçıların peşəkar bilikərinin artırılmasını təmin edəcək, yük axınının operativ və müasir tələblərə cavab verən formada aşırılmasına xidmət edəcək: “Bakı Limanı regionun ən müasir limanlarından biridir və əməkdaşlarının da əksəriyyəti gənc nəslin nümayəndələridir. Bizim dəstək olduğumuz 4 aylıq təlim proqramı liman əməkdaşlarının və digər şirkətlərin peşəkar kadrlarının hazırlığını sahəmizdə müşayiət etdiyimiz çevik dəyişikliklər fonunda zamanın tələblərinə uyğun formalaşdıracaq”.

Tədbirin sonunda Bakı Limanının baş direktoru T.Ziyadov, Fontis Universitetinin direktoru Henninq Jansen, Qilde İnstitutunun İdarə Heyətinin sədri Peter Thuis və “Cabooter Group”un direktorlar şurasını üzvü Peter Pardoel anlaşma memorandumu imzalayıblar.

Xatırladaq ki, 2019-cu ilin aprelində Bakı Limanı Venlo şəhərinin daxil olduğu Limburq vilayətinin aparıcı logistika şirkətləri, “Cabooter Group” və Fontis Universiteti də daxil olmaqla, əməkdaşlığa dair razılığa gəliblər.

Almaniya ilə sərhəddə yerləşən Venlo şəhəri çoxsaylı aqro-biznes, “fresh park”, tanınmış geyim markaları, elektronika və digər sahələri əhatə edən dünyanın nəhəng şirkətlərinin distributor və diler nümayəndəliklərinə evsahibliyi edir. Əsasən Rotterdam, Antverp və Amsterdam kimi iri limanlardan daxil olan yüklər Venlodan Avropanın əksər ölkələrinə paylanılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video