25 Oktyabr 2011 02:10
352
İDMAN
A- A+

«Bakı» lideri büdrətdi

 

«Qəbələ» isə paytaxtdan bir xalla qayıtdı

 

Futbol üzrə Unibank Premyer Liqasında 10-cu tura yekun vurulmuşdur. Altı oyunun birində ev sahibi, ikisində qonaq komanda qələbə qazanmışdır. Üç oyunda isə heç-heçə qeydə alınmışdır. Qapılara 13 qol vurulmuşdur. Onlardan cəmi 5-i ev sahibi komandalarının payına düşür.

Tura mərkəzi görüşlə - "Bakı" - "Xəzər Lənkəran" matçı ilə start verilmişdir. "Bakı"nın təlim-məşq bazasının stadionunda keçirilmiş matç iki komanda arasında ölkə çempionatları tarixində sayca 19-cu qarşılaşma idi. Bu oyuna qədər "Xəzər Lənkəran" beş, "Bakı" isə dörd  dəfə meydandan qalib ayrılmışdı. Doqquz qarşılaşmada isə heç-heçə qeydə alınmışdı.

Ötən tur "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Simurq"u, "Bakı" isə səfərdə "Sumqayıt Şəhər"i minimal hesabla məğlub etmişdi. Lənkəranlılar 22 xalla turnir cədvəlinin vahid lideri idisə, ondan 7 xal geridə qalan "Bakı"  dördüncü pillədə qərarlaşmışdı. "Xəzər Lənkəran" cari mövsümdə ən çox qol vuran və qapısından ən az qol buraxan komandalardan idi. Bu da cənub təmsilçisinin hücum xəttinin məhsuldarlığını və müdafiə xəttinin etibarlılığını göstərirdi. "Bakı"nın hücum xəttinin isə Maris Verpakovski və Uinston Parks kimi güclü oyunçulardan təşkil olunması görüşün daha bol qollu keçəcəyindən xəbər verirdi.

Bir neçə oyundur rəqib qapılarına yol tapa bilməyən  Parks bu matçda, nəhayət, keçmiş günlərini yada saldı. Düzdür, hesabı birinci hissədə qonaqlar açdılar. Fasilədən sonra təzyiqi artıran meydan sahibləri məğlubiyyətdən xilas ola bildilər. Onları da rəqib qapıçı - Kamran Ağayev sevindirdi. Məhz millimizin qolkiperinin kobud səhvi keçmiş komanda yoldaşı Parksın "Xəzər Lənkəran"ı cəzalandırması ilə nəticələndi. Az keçməmiş o daha bir qol vurdu.

Bu qoldan sonra hər kəs "Bakı"nın qələbə qazanacağını düşünürdü. Lakin "zolaqlılar"ın kapitanı Cəmşid Məhərrəmovun ikinci sarı vərəqə ilə oyundan çıxarılması paytaxt təmsilçisinin müdafiə xəttində boşluq yaratdı. Bundan istifadə edən lənkəranlılar  qapıçı Marko Şarliyanın kobud səhvi sayəsində oyunda yekun hesabı müəyyənləşdirdilər - 2:2.

Zaqatalada "Simurq" "Qarabağ" ilə qarşılaşmışdır. Turnir cədvəlinin liderindən 8 xal geridə qalan "Qarabağ"a bu oyunda qələbə hava-su kimi lazım idi. Baxımlı oyun nümayiş etdirən ağdamlılar  Rauf Əliyevin yeganə qolu sayəsində qələbə qazandılar.

Turun ikinci oyun günündə daha iki qarşılaşma keçirilmişdir. Ötən tur paytaxt derbisində "İnter"ə məğlub olan "Neftçi" Gəncədə "Kəpəz"in qonağı idi. Hakimin start fitindən sonra daha baxımlı oyun nümayiş etdirən gəncəlilər tezliklə hesabı açdılar. Paytaxt təmsilçisi fasilədən sonra bir qol vurmaqla oyunda yekun hesabı müəyyənləşdirdi - 1:1.

Günün digər oyununda AZAL "Rəvan"ı qəbul edirdi. Beş oyundur qələbə qazana bilməyən AZAL-dan fərqli olaraq, "Rəvan" Vladislav Qədirovun baş məşqçi təyin olunmasından sonra sabit oyun nümayiş etdirir. Bu oyunda da "Rəvan" hamını təəccübləndirməyi bacardı. Komanda matçın axırlarına yaxın vurduğu qolla aktivinə üç xal yazdırdı - 1:2.

Turun son oyun günündə daha iki qar

şılaşma keçirilmişdir. "Turan" doğma meydanda turnir cədvəlinin son pilləsində qərarlaşmış "Sumqayıt Şəhər"i qəbul etmişdir. Tovuz təmsilçisinin heyətində gürcü hücumçu Georgi Beriaşvili, "Sumqayıt Şəhər"in heyətində isə qapıçı Andrey Popoviç qırmızı vərəqə cəzalısı olduqlarından meydana çıxmamışdılar.

Qarşılaşmaya gəlincə,  tovuzlular ilk dəqiqələrdən etibarən rəqibindən daha üstün oyun nümayiş etdirərək minimal hesablı qələbə qazandılar. Bu qələbə sayəsində komanda birdən-birə iki pillə irəliləyərək AZAL-la "Simurq"u qabaqladı. Oyunda yeganə qolun müəllifi Sergey Artyux  bombardirlər yarışında vahid liderliyi ələ aldı.

Son iki turda iddialı rəqiblərinə qalib gələrək turnir cədvəlinin ikinci pilləsinə yüksəlmiş  "İnter" "Qəbələ"ni qəbul edirdi. Xatırladaq ki, bu iki komanda arasında keçirilmiş son altı oyunda qəbələlilər paytaxt təmsilçisini məğlub edə bilmirdilər. Maraqlı mübarizə şəraitində keçmiş oyunda tərəflər hərəyə bir dəfə fərqləndilər - 1:1.

Beləliklə, 10 turdan sonra turnir cədvəlinə 23 xalla "Xəzər-Lənkəran"  başçılıq edir. "İnter" 18 xalla ikinci, bir oyun az keçirmiş "Qarabağ" isə 17 xalla üçüncü pillədə qərarlaşmışdır.

Premyer Liqanın birinci turu çərçivəsində təxirə salınmış "Neftçi"- "Qarabağ" qarşılaşması bu gün keçiriləcək.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video