01 Oktyabr 2021 12:58
786
CƏMİYYƏT
A- A+

Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfrans keçirilir

 

Oktyabrın 1-də Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən “Nəsillərin görüşü” adlı konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə həsr edilən konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının tarixi Zəfəri münasibətilə bir araya gəlməkdən məmnunluğunu bildirib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxış edərək tədbirin yaşlı və gənc nəsillərin görüşü baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın, sadəcə, bu günü baxımından deyil, həm də gələcəyi baxımından müstəsna rol oynayıb. Vüsal Quliyev xalqımızı bu Zəfərə qovuşduran Prezident, Müzəffər Ali Baş Komandana, şanlı Ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarlığını ifadə edib.

Konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev Vətən müharibəsində qazanılan Qələbənin önəminə diqqət çəkib. Nazir müavini bu Zəfərin qazanılmasında ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda böyük əzmkarlıq, vətənpərvərlik və qəhrəmanlıq nümunələri göstərdiyini vurğulayıb.

Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi Qələbənin Azərbaycan dövləti və xalqının tarixində mühüm yer tutduğunu, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün daha geniş perspektivlər açdığını qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video