26 Aprel 2015 01:04
957
Hüquq məsləhəti
A- A+

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

l Körpə yaşlarından valideynlərinin hər ikisini itirib nənəsinin himayəsində böyüyən şəxs universitetə qəbul imtahanı verib, şeçdiyi fakültənin pullusuna qəbul olunubsa, onun ödənişdən azad edilməsi mümkündürmü?

Xədicə Məlikova,

Xaçmaz rayonu

 

- “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinə əsasən, valideynlərini itirmiş uşaq dedikdə, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxs başa düşülür. Həmin qanunun 5-ci maddəsinə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

lMən Rusiya Federasiyasında ailə qurmuşam. Lakin artıq 10 ildir ki, orada qurduğum ailə ilə yox, Bakıda yaşayıram. Özüm də boşanmamışam. Burada başqa biri ilə nikaha daxil ola bilərəm?

Nadir Güləliyev,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə görə, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər  arasında nikahın bağlanmasına yol verilmir. Həmin məcəllənin 148.1-ci maddəsinə görə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Əgər Rusiya Federasiyasında bağlanan nikah etibarlıdırsa (yəni Rusiya Federasiyasının ailə qanunvericiliyinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun bağlanmışsa), onda həmin nikah pozulmadan sizin yeni nikaha daxil olmanız mümkün deyil.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video