Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Şəkərli diabet xəstəsiyəm. Bunun nəticəsində ayağımın biri buddan aşağı kəsilib. Mənə hansı əlillik dərəcəsi düşür? Diabet xəstələrinə dövlət yardımı barədə də məlumat verməyinizi xahiş edirəm.
Sənan MƏmmƏdov,
Sumqayıt şəhəri
Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
Göründüyü kimi, demokratik cəmiyyətin əsas meyarlarından biri sosial yöndə ehtiyacı olan şəxslərin asılılığına yardım etməkdir. Anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşaraq əlil olan şəxslər də sosial təminata ehtiyacı olanlar sırasındadır. Əlillik "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamə ilə müəyyən edilir. Həmin əsasnaməyə görə, ayaq buddan aşağı kəsilibsə, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs kimi tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən və müvafiq rəy aldıqdan sonra sizə 3-cü dərəcəli əlil statusu veriləcəkdir. Bu əlillik dərəcəsi isə Azərbaycan Respublikası Prezidentinin sosial müavinətlərin məbləğinin artırılması barədə fərmanına əsasən 43 manat sosial yardım almaq hüququ verir.
İkinci məsələyə gəldikdə isə, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli, 101 nömrəli qərarı ilə 2006-2010-cu illəri əhatə edən "Şəkərli diabet üzrə Dövlət Proqramı" qəbul edilmişdir. Həmin dövlət proqramına əsasən, sizin bütün profilaktiki və digər zəruri müalicə vasitələriniz və preparatlarınız dövlət hesabına maliyyələşəcəkdir. Onun üçün də siz ərazi xəstəxanasına müraciət etməli və şəkərli diabet xəstəsi kimi qeydiyyata düşməlisiniz.
Cavablandırdı:
Aqil LAYICOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!